Çindən Azərbaycana gətirilən yeni lokotivlə 5-6 min ton yük daşımaq mümkün olacaq.
Modern.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) maşinisti Yusif Temnikov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Çindən Azərbaycana gətirilən lokomotivlərdə bütün sistem elektronlaşdırılıb: "Çin istehsalı olan AC50 tipli lokomotivlərin köhnələr ilə fərqi innovasiya ilə bağlıdır. Bu lokomotivdə hər bir şey elektronlaşdırılıb. Yəni o deməkdir ki, qatar təhlükəsiz mənzil başına çatacaq".
O qeyd edib ki, ikinci fərq daşınan yükün həcmi ilə əlaqədardır: "Məsələn, köhnə lokomotivlə 3 min ton yük daşınırdısa, yeni lokotivlə 5-6 min ton yük daşımaq mümkün olacaq. Bunun özü də qənaətdir və bizə, Azərbaycan dövlətinə faydalıdır".
Xatırladaq ki, bu gün "Azərbaycan Dəmir Yolları" (ADY) QSC Çindən 7 ədəd AC50 tipli lokomotiv alıb. Artıq bu lokomotivlər artıq Azərbaycana çatdırılıb. Lokomotivləri Çinin "CRRC Ziyang Co., Ltd" şirkəti istehsal edib.
Qeyd edək ki, bu ilin iyununda ADY ilə "CRRC Ziyang" 4 ədəd yeni magistral sərnişin lokomotivinin alışı haqqında da müqavilə imzalayıb. Həmin lokomotivlərin 2027-ci il ərzində Azərbaycana çatdırılması nəzərdə tutulur.
Lamiyə Cənnətzadə