ABŞ hakimiyyəti İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Araqçinin də daxil olduğu İran nümayəndə heyətinin üzvlərinə viza verəcək.
Modern.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
NBC News-un mənbəyə istinadən yaydığı xəbərə görə, Pezeşkian və Araqçi ABŞ vizası alacaq İran nümayəndə heyətinin tərkibində olacaqlar.
ABŞ Dövlət Departamentindən bildirilib ki, BMT Baş Assambleyasının tədbirlərində iştirak etmək üçün İranın “əsas nümayəndə heyəti”nin üzvlərinə viza veriləcək.
Bununla belə, İran nümayəndə heyətinin BMT Baş Assambleyasındakı builki tərkibi ötən illə müqayisədə daha azsaylı olacaq.