Modern.az

İstanbuldakı narkotik əməliyyatında 21 nəfər saxlanıldı - YENİLƏNİB

İstanbuldakı narkotik əməliyyatında 21 nəfər saxlanıldı - YENİLƏNİB

Dünya

18 Sentyabr 2026, 19:00

İstanbulda narkotiklərlə bağlı keçirilən əməliyyat zamanı aktyor Aras Bulut İynemli, müğənni Sefo və aktrisa Melis Sezenin və Melisa Şenolsunun da aralarında olduğu 21 nəfər saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, istintaq zamanı bəzi məşhur şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etməsi, narkotik vasitələrin istifadəsini asanlaşdırması və ya bunun üçün yer təmin etməsi ilə bağlı əsaslı şübhələri təsdiqləyən sübutlar əldə edilib.

İstanbul İl Jandarma Komandanlığına ilkin olaraq 18 şübhəlinin saxlanılması, evlərində axtarış aparılması, bioloji nümunələrinin götürülməsi və ifadələrinin alınması barədə göstəriş verilib.

Bundan başqa, Bakırköy Respublika Baş Prokurorluğunun "narkotik maddədən istifadə və təmin etmə", "şəxsi həyatın məxfiliyinin pozulması", "şantaj" və "fahişəliyə vasitəçilik" cinayətləri üzrə apardığı digər istintaq çərçivəsində daha 6 şübhəlinin saxlanılması barədə qərar qəbul edilib.

İki ayrı istintaq çərçivəsində ümumilikdə 24 nəfərin saxlanılması nəzərdə tutulub. Onlardan 20-si əməliyyat zamanı, daha bir nəfər isə sonradan saxlanılıb.

Saxlanılanlar arasında Aras Bulut İynemli, Sefo (Seyfullah Sağır), Melis Sezen, Nilperi Şahinkaya, Hande Demir, Hasan Şaş, Melis İşiten, Yeşim Yeşilçimen, Anıl Durmuş, Sayat Zurnacı, Yağız Sabuncuoğlu, Aytaç Kart, Muhammet Kahyaoğlu, Aydan Osmanoğlu və Melisa Şenolsunun olduğu bildirilir.

Digər əməliyyat çərçivəsində isə Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır, Hazal Filiz Küçükköse və Yeliz Tuba Yasan saxlanılıb.

İstanbul İl Jandarma Komandanlığında prosedurları tamamlanan 21 şübhəli tibbi müayinədən keçirilmək üçün Seyrantepe Hamidiye Etfal Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Daha sonra onlar Məhkəmə Tibbi Ekspertiza Qurumuna göndəriliblər.

***

12:09

Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində məşhur aktrisa Afra Saraçoğlu da saxlanılıb.

Modern.az xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, A.Saraçoğlu ilə yanaşı idman jurnalisti Yağız Sabuncuoğlu da saxlanılıb.

Xatırladaq ki, Türkiyədə daha 18 məşhur barəsində saxlanılma qərarı verilib, onlardan 15-i saxlanılıb. Saxlanılanların arasında Aras Bulut İynemli, Sefo, Melis Sezen, Nilperi Şahinkaya, Hande Demir, Hasan Şaş, Melis İşiten, Yeliz Yeşilçimen, Anıl Durmuş, Hazal Filiz Küçükköse, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır, Sayat Zurnacı var.

Məlumat üçün bildirək ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində bir çox məşhur simalar saxlanılıb və daha sonra sərbəst buraxılıb.

Sizə yeni x var
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri