Modern.az

Azərbaycanda dövlət hesabına mənzil alanlar kimlərdir... - SİYAHI

Azərbaycanda dövlət hesabına mənzil alanlar kimlərdir... - SİYAHI

Ölkə

18 Sentyabr 2026, 11:46

Azərbaycanda dövlət hesabına mənzil alan ailələrin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2025-ci ildə dövlət hesabına mənzil alan ailələrin sayı 4 802 olub. 

Bəs dövlət hesabına mənzil alan ailələr kimlərdir?

Modern.az-a məlum olub ki, dövlət hesabına mənzil alanlar aşağıdakı ailələrdir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslər;

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş şəxslərin ailələri;

- Gənc ailələr;

- Çoxuşaqlı ailələr;

- Məcburi köçkünlər;


Rəsmi statistikaya görə, 2025-ci ildə 229 Qarabağ əlilinə, 158 şəhid ailəsinə, 4370 məcburi köçkün ailəsinə dövlət hesabına mənzil verilib.

2020-2022-ci illərdə 17 gənc ailə, 2020-2023-cü illərdə isə 23 çoxuşaqlı ailə dövlət hesabına mənzil alıb.

Maraqlıdır ki, gənc ailələr və çoxuşaqlı ailələrin hansı kriteriyalarla bu siyahıya salındığı açıqlanmayıb.
 

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri