6 Yanvar 2017, 13:04 | Ana Səhifə - Yazılar - “Təzə” nəyə deyirsiniz?
“Təzə” nəyə deyirsiniz?

Hidayət Elvüsal


(Arkada Raykinin xatirəsinə)

 

Belə-belə işlər


Təzə il, təzə paltar, təzə arvad… Ə, o arvadın harası təzədi? 4 dəfə ərə gedib. 5-6-da oynaşı olub. Buralara gələndə 16 yaşı varmış. İndi dilimizi də əməlli-başlı öyrənib. Qonşulara deyirmiş ki:

- Vallah, lotu-potunun bəxti var. Onların oynaşı gələndə, əlində konfetdən, şokolatdan-zaddan gətirir. Mənim yanıma gələn… gedəndə deyir ki, ərindən qalan köhnə pencəkdən, köynəkdən varsa, ver geyinim. Sonra da orda-burda forslanırlar ki, təzə pencək almışam.

Hələ o yazıq kişi. Nə zamandır təzə ili köhnə paltosu ilə qarşılayır. Rəngi bom-boz olub. Paltonun da, şalvarın da cibləri yırtıqdı. Bənd olmur. Nəyi var ki, cibinə qoysun? Hələ yayda avtobusda gedərkən bir Sumqayıt cibgiri girişib kişiyə. Əlini uzadanda gedib lap… dərinə. Sonra da:

- Uyy, mama! – deyib, diksinib və özünü avtobusdan atıb yerə, başlayıb kişiyi söyməyə, - Düdük oğlu, düdük. Cibində ilan gəzdirir.

Nə isə!

Elə mən özüm. “Jiquli”m var. Ötən əsrin 70-ci illərində, SSRİ deyilən yekə bir ölkədə istehsal olunub. Çürüyüb, tökülür. Amma yeriyir. O gün gedib, işlənmiş təkər almışam. Əvvəlkilərin sapı çıxmışdı. Hamı təbrik eləyirdi:

- Mübarəkdi, müəllim! Təzə təkər almısan…

Mən də sinəmi qabardıb, maşının xarab olmuş qapısını 3-4 dəfə gücüm gəldikcə çırpıb, işarət barmağımla kapotun üstündəki quş pisliyini təmizləyirdim. Neynəyim?

İndi də başlamısız ki, təzə il gəlib Birincisi xoş gəlib. İkincisi nə gətirib?

O kasıb kişiylə palto gətirib? Mənə bircə dənə təzə təkər verib? Kiminsə banka olan borcu silinib? Ekranlarda təzə bir müğənni, aparıcı görmüsüz? Kimsə TƏZƏ şeir yazıb? Müsəlmanların həyatı necə, təzələnib? Daha bombalamırlar? O yekə ölkənin təzə prezidenti təzə bir iş görəcək?

Qardaşım!

O arvad o kişinin təzə zövcəsi deyil ki, növbəti zövcəsidir. Mənim maşınımın təkərləri də təzə deyil. Təzə şeir də qəhətə çəkilib. Təzə müğənni olmur, növbəti müğənni olur. Təzə iş olmur, növbəti il olur! Növbəti!

Bir iş ki, bu dünyaya, bir insana təzə bir şey vermir, gətirmir, onun nəyi təzədir?

Yəni hər şey növbətidir. Bu bayramlar da, uşaqların başını yozmaq üçün uydurulmuş bir şeydir, oyundur.

Hamı oynayır. Biz də!

Yəni o gün dediyim kimi – NÖVBƏTİ İLİNİZ mübarək1

Nətərdi?

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Daha bir ölkədə "Omicron" aşkarlandı 3 Dekabr 2021, 22:56 İki begemot koronavirusa yoluxdu 3 Dekabr 2021, 22:37 Aİ-dən Ukraynaya daha 1,4 milyon avro yardım 3 Dekabr 2021, 22:14 İraqdan “Bayraktar TB2” üçün 100 milyon dollar 3 Dekabr 2021, 22:01 Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident 3 Dekabr 2021, 21:51 BƏƏ Fransadan qırıcı və helikopter alır 3 Dekabr 2021, 21:28 “Qaraheybət” şəhidlərinin ailələrinə bu ödənişlər veriləcək 3 Dekabr 2021, 21:16 Yasamalda binada yanğın - Ölən var 3 Dekabr 2021, 20:52 Azərbaycanda vaksinə xərclənən vəsait 500 MİLYONA ÇATIR 3 Dekabr 2021, 20:37 Heydər Əliyev Fondu ilə UNICEF arasında  memorandum 3 Dekabr 2021, 20:32 Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi - YENİLƏNİB 3 Dekabr 2021, 20:21 Göyçayın baş həkimi işdən ÇIXARILDI 3 Dekabr 2021, 20:09 Nazirliyin təklifilə bağlı qərar 3 Dekabr 2021, 19:59 Türkiyə ordusu şəhid VERDİ 3 Dekabr 2021, 19:31 Merkel bu tarixdə siyasətdən GEDİR 3 Dekabr 2021, 19:17 "Omicron" aşkarlanan ölkələrin SAYI 3 Dekabr 2021, 19:09 Bakıda 18 yaşlı qızı intihara məcbur edən şəxs HƏBS EDİLDİ 3 Dekabr 2021, 19:00 Türkiyə və Azərbaycan pilotları təlimdə - VİDEO 3 Dekabr 2021, 18:52 Son sutkanın vaksin STATİSTİKASI   3 Dekabr 2021, 18:45 Yoluxma sayı açıqlandı: 24 ölüm baş verdi 3 Dekabr 2021, 18:38 Vilayət Eyvazov əməkdaşlarına TƏLƏB QOYDU 3 Dekabr 2021, 18:30 Xəzərdə cəsəd qalıqları tapıldı 3 Dekabr 2021, 18:22 125 yaşlı Sona nənə dünyasını DƏYİŞDİ 3 Dekabr 2021, 18:15 Məşhur Xalq artisti vəfat etdi 3 Dekabr 2021, 18:08 BMU-dan əlil sahibkarlara dəstək 3 Dekabr 2021, 18:00 Oxçuçayla bağlı tədqiqat qrupu yaradılır 3 Dekabr 2021, 17:55 "Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50 Qazaxıstan Atom Elektrik Stansiyası tikəcək - Nazarbayev 3 Dekabr 2021, 17:45 Azərbaycanlı şərqşünasın Mehriban Əliyeva haqqında məqaləsi ərəb KİV-lərində gündəm olub 3 Dekabr 2021, 17:40 Nazir ATƏT-in baş katibi ilə üçtərəfli bəyanatları müzakirə etdi 3 Dekabr 2021, 17:34 Jurnalistlər “Azəriqaz”da - FOTO 3 Dekabr 2021, 17:30 Dollar yeni həftəyə belə başlayacaq 3 Dekabr 2021, 17:25 Marallarda koronavirus aşkarlandı 3 Dekabr 2021, 17:20 "YAŞAT"a daxil olan vəsait MƏBLƏĞİ 3 Dekabr 2021, 17:15 Qarabağa gedən yollarda niyə postlar qurulub? - DİN AÇIQLADI 3 Dekabr 2021, 17:10
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?