Modern.az

Şəmkirdə atasını öldürdü, Rusiyada sinif yoldaşını - ŞOK

Şəmkirdə atasını öldürdü, Rusiyada sinif yoldaşını - ŞOK

Hadisə

14 Sentyabr 2026, 23:25

Rusiyanın Xantı-Mansiysk şəhərində 15 yaşlı məktəblinin qətli ilə bağlı Azərbaycan vətəndaşı saxlanılıb.

Modern.az xəbər verir ki, 16 yaşlı həmyerlimiz aralarında yaranmış mübahisə zamanı sinif yoldaşı Aleksandr Volobuyevi bıçaqla qətlə yetirib. Rusiya hüquq mühafizə orqanları onu saxlayıb, barəsində cinayət işi açıblar.

Araşdırma zamanı 16 yaşlı yeniyetmənin Azərbaycanda da ağır cinayətlə bağlı axtarışda olduğu məlum olub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Şübhəli şəxs əvvəllər Azərbaycanda yaşayıb, o və doğma qardaşı 2026-cı ilin fevralından Azərbaycanda atalarının qətli ilə əlaqədar axtarışa verilib.

Belə ki, 2026-cı ilin yanvar ayında Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində 56 yaşlı Arif Nəbiyevin meyiti yaşadığı evdən təxminən 50-60 metr aralıdakı yarğanda tapılmışdı.

Meyitin axtarışlardan beş gün sonra, torbaya bükülmüş vəziyyətdə aşkarlandığı bildirilmişdi.
Mərhumun azyaşlı oğlunun atasını yuxuda balta ilə öldürdüyü və daha sonra Rusiyaya qaçdığı üzə çıxıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda kütləvi həbslər: Tutulanların sayı 200-ü keçib