Modern.az

ABŞ husilərlə danışıqlar aparır

ABŞ husilərlə danışıqlar aparır

Dünya

14 Sentyabr 2026, 20:49

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens ölkəsinin husilərlə birbaşa danışıqlar apardığını bildirib.

Modern.az xəbər verir ki, Vens bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Biz regiondakı tərəfdaşlarımız, o cümlədən Səudiyyə Ərəbistanı və regionda baş verən hadisələrdən təsirlənən digər tərəflərlə daim əlaqədəyik. Bu, ABŞ administrasiyasının çox fəal şəkildə üzərində çalışdığı məsələdir.

Biz həmçinin husilərin özləri ilə birbaşa danışıqlar aparmışıq. Buna görə də həqiqətən hesab edirik ki, vəziyyəti nəzarətdə saxlayırıq. Bu, çox dəyişkən və dinamik vəziyyətdir. Lakin biz vəziyyəti izləməyə və amerikalıların maraqlarının ən yaxşı şəkildə qorunmasını təmin etməyə davam edəcəyik”, – Vens bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir