Modern.az

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Təhsil

Bu gün, 00:00

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.

Modern.az-ın xəbərinə görə, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.

Azərbaycanda yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq.

2026/2027-ci tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq.

Yeni tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub.

Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə "Şəhərsalma və Memarlıq İli" mövzusuna həsr olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC