Modern.az

Ov tüfəngindən atəş açıldı - 62 yaşlı kişi öldü

Ov tüfəngindən atəş açıldı - 62 yaşlı kişi öldü

Hadisə

15 Sentyabr 2026, 02:29

Gədəbəy sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qızıltorpaq kəndində qeydə alınıb.

İlkin məlumata görə, 1964-cü il təvəllüdlü Azər Quliyevin yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində öldüyü müəyyən edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda kütləvi həbslər: Tutulanların sayı 200-ü keçib