Modern.az

Millimiz Moldovaya uduzdu 

Millimiz Moldovaya uduzdu 

İdman

Bu gün, 21:23

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyununda Moldova yığması ilə qarşılaşıb.

Modern.az xəbər verir ki, "Dalğa Arena"nın ehtiyat meydançasında keçirilən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (5:4) rəqib komanda qələbə qazanıb.

Azərbaycan komandasının qollarını 73-cü dəqiqədə Ayşən Salamzadə və 90+1-ci dəqiqədə Xədicə Əlizadə vurublar.

Qeyd edək ki, komandalar arasında növbəti yoldaşlıq oyunu sentyabrın 16-da, saat 10:00-da "Dalğa Arena"nın ehtiyat meydançasında keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC