7 Fevral 2017, 12:40 | Ana Səhifə - Yazılar - Ölümü yenən aparıcının savab missiyası
Ölümü yenən aparıcının savab missiyası

Vəfa Allahverdiyeva     

 

Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində nümayiş etdirilən şəxsi fotolardan, hansısa mövzuya ikiçümləlik bəhsəbəhs statuslardan tutmuş, geniş müsahibələrə, irihəcmli filmlərə, uzun-uzadı seriallara qədər-hamısında piar xarakteri tapmaq mümkündür və bunların heç də hamısı  cəmiyyət üçün faydalı deyil; əksinə pis təsirlər, neqativ örnəklər də yaradır.

Lakin neçə vaxtdır, bir televiziya aparıcısının müəyyən fasilələrlə gah öz videosunu, gah müxtəlif formalarda şəkillərini, gah da duyğusal, mətanətli düşüncələrini ictimai rəylə paylaşması elə  gərəkli, elə diqqətçəkici piardır ki, nə məhz özünü reklam səciyyəsi daşıyır, nə lovğalıqdır, nə də bezdirici bir təkrarçılıq. Sadəcə, ortada həkimdən yaxşı həkim, psixoloqdan əla psixoloq  gerçəyi, ümumiyyətlə, bir savab missiyası var.

Çünki heç bir tibb uzmanı, onkoloq-cərrah qarşısındakı pasiyentini mənəvi-psixoloji böhrandan  çıxarmaqda bacarıq və köməyini onun qədər ürəklə, həm də  inandırıcı tərzdə  ortaya qoymağa, üstəlik heç bir xəstə öz gözəl təcrübəsini bütün komplekslərdən uzaq,  cəmiyyətlə bu şəkildə açıq-açığına  bölüşməyə  qabil deyil.

Hətta bir neçə gün öncə Türkiyədə xəstəxana açılışında xərçəngdən xilas düsturunu siqaretsiz, içkisiz həyat tərzində təklif edən prezident Rəcəb Tayyib Ərdoğanın topluma bir az təpingən, müdrik mövqeyi də həmkarımız Zümrüd Qasımovanın müxtəlif metodlarla insanlara keçdiyi xərçənglə mübarizə, nikbinlik dərslərinin yanında aciz qalır.

Üzərinə xüsusi vurğu saldığımız bu örnək burnumuzun ucuna soxulan xarici kəşfiyyat maraqlarının, yəni xərçəngin süni yolla yayılmasının ciddi jurnalist araşdırmalarında iddia edilən qorxulu ehtimalları qarşısında isə yüngülcə bir təsəlliyə çevrilir.
 

Bu forslu, zövqlü aparıcının pozitiv enerjisi, adətən ayağına bir daş dəyməyən, can ağrılarından uzaq,  uğurlar bolluğunda üzən, hər cəhətdən yarımış bir qadının, fərdin sahib olduğu nikbinlikdən qidalanan xoş  auradır. 

Halbuki xərçəng öz qəddarlığı, fobiyası, zəhmi ilə şikarına çevirdiyi insanın birinci mənəvi gücünü məhv edir. Psixoloji durumunu zədələyir, nə baş verdiyinin detallarına gedilmədən onun içindəki həyat eşqini anındaca  öldürür.  Zümrüd istisna olmaqla.     
   

Cəmiyyətin populyar fərdinə çevrilmək arzuları hərəyə görə müxtəlif metodlarla gerçəklik qazanır: biri böyük səhnələrə soyunmaqla, kosmetik məhsulların hesabına gözəlləşən süni çöhrəsi ilə  yol tapır. Digəri xəstəlikdən tökülmüş saçları, solmuş üzü ilə tanınmışlar kateqorisində yer alır.

Birincilərin populyarlıq üslubunda bir çirkinlik, daim qüvvədə olan ictimai qınaq, tənqid, ikincinin məhşurluq səbəbində isə böyüklük, savab, alternativi olmayan bir örnək, depressiyadan xilas  nümunəsi  daşınır.

Aparıcılıqdakı vacib-  gözəl və qamətli olmaq şərtləri insanın yetənəyi, unikal keyfiyyətləri, mətanəti, əzazil bir mərəzlə mücadilədə başarılı olması,  xəstəliyə ölüm qapısına yaxınlaşma rüsxətini verməmək, onu yenə bilmək gücü ilə çulğalaşanda,  bu, o aparıcını daha cazibədar, daha xarizmatik bir imiclə təqdim edir. Zümrüdü təqdim etdiyi kimi.      

Yaraşıqlı bir qadının köksündə kədərli fizioloji dəyişiklik baş verir, gözəlliyin birinci səbəbi zülf tamamən tökülür, qamət əyilir, bədən cılızlaşır-eybəcərləşmə gerçəyi meydana çıxırsa və bunca dəhşətli mənzərədə gənc xanım dimdik ayaqda durmağı bacarır-ağlamaq əvəzinə ucadan gülürsə, səssizliyə çəkilmək əvəzinə rəqs edir, gözəl libaslar axtarışına çıxırsa, ana olmaq şansını itirdiyini bilə-bilə özünü də,  həyat yoldaşını da ayaqda həyat eşqli tutmağı bacarırsa, bu, o insanın ismi qarşısına bütün titullardan, ən yaxşı epitetlərdən də gözəl və uğurlu təyinlər gətirib qoyur.   

Hələ üstəlik, bir başqasının onkoloji xəstəliyin zahiri fəsadını-eybəcərləşməni hamıdan gizli saxlamaq instinktiv duyğusu ilə müqayisədə Zümrüdün videolarının, şəkillərinin, mətanətli düşüncələrinin könüllü sosial çarx rolunda çıxış etməsi sevgi və hörmətə layiq  bir hərəkət səviyyəsinə qalxır. Çünki Səhiyyə Nazirliyinin ağlına gəlmədiyi belə bir çarxın zəruriliyini o, öz nümunəsində milyonların əhvalına ən təsirli ilac kimi təqdim edir. 

Estetik gözəlliyi məhv edən xəstəliyin acı nəticələrini  özündə əbədilik saxlayan fotoları, videoları palaz altında qoruyub saxlamalıykən, mübarizə üsulunu cəmiyyətdən məxfi saxlamağı bacarmır. Bunun tərtəmiz adı xeyirxahlıqdır.

Ən qəddar xəstəliklə mübarizə aparmağı bacarmaq, nikbinlik kimi təmənnasız seanslar, bəlkə də taledən həyatdolu bu xanımın üzərinə qoyulan bir savab missiyasıdır.

Xərçəng bəlasına mübtəla olan və bundan sığortalanmayan insanları dimdik dayanmağa, pozitiv ovqata, ölümü vicuddan qovmağa cərrah bıçağından və zəkasından da iti olan optimizmə kökləmək üçün.

Elə bu baxımdan onun mütəmadi təqdim etdiyi videolar, fotolar, xəstəliyi nöqtəbənöqtə, dəfələrlə anladan çıxışları şəxsi arxivlərə layiq nümunə, qiymətli  dərman, qısası  vacib tibbi bilgi və  sənəd statusu daşıya bilər...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
ABŞ-dan Belarusa qarşı yeni sanksiyalar 21 İyun 2021, 20:33 “Hər dəqiqə ərzində 250 yoluxma, 6 ölüm var” - Tedros Qebreyesus 21 İyun 2021, 20:19 Türkiyədə iki terrorçu məhv edildi 21 İyun 2021, 20:06 Polis əməkdaşı xidməti silahla özünü güllələdi 21 İyun 2021, 19:57 Şuşa Bəyannaməsi tarixi əhəmiyyətli sənəddir 21 İyun 2021, 19:40 ÜGT Siyasi Komissiyasının sessiyası keçirilir - FOTO 21 İyun 2021, 19:33 Peyvənd-Sağlamlığımız öz əlimizdədir 21 İyun 2021, 19:25 “Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır 21 İyun 2021, 19:08 Əli Əsədov Qazaxıstan baş nazirinin müavini ilə görüşüb 21 İyun 2021, 19:00 Şəkidə biçilməmiş taxıl sahəsi yanıb 21 İyun 2021, 18:53 Şəhid ailəsi və qazinin evinə qaz verildi 21 İyun 2021, 18:49 MEDİA-nın Aljazeera Media İnstitutu ilə əməkdaşlığı müzakirə olundu - FOTO 21 İyun 2021, 18:39 Azərbaycan və Pakistan birgə təlimlər keçirəcək - FOTO 21 İyun 2021, 18:21 Deputat səfirlə Azərbaycan-Misir münasibətlərini müzakirə etdi 21 İyun 2021, 18:07 YAP hesabat konfranslarına start verdi 21 İyun 2021, 18:02 Füzulidə 3 hərbçinin qalıqları aşkar olundu 21 İyun 2021, 17:58 Bahar Muradovadan Paşinyanın qələbəsinə REAKSİYA 21 İyun 2021, 17:57 Avropa İttifaqından Paşinyana TƏBRİK 21 İyun 2021, 17:52 Son sutkada 215 nəfərə vaksin vurulub 21 İyun 2021, 17:47 Yoluxma minimuma düşdü - 1 nəfər öldü 21 İyun 2021, 17:41 Azərbaycanlı deputat AŞPA-da Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI 21 İyun 2021, 17:37 Türkiyəli deputat Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:36 Daha Azərbaycan-Türkiyə qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz - Deputat 21 İyun 2021, 17:28 Baş nazir “Azərbaycan dilinin orfoepiya normaları”nı təsdiqlədi 21 İyun 2021, 17:16 BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib 21 İyun 2021, 17:13 Gürcüstan baş naziri Nikol Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:04 Ölkədə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ 21 İyun 2021, 16:58 Azərbaycanlı həkim:Danimarkalı futbolçunun ürəktutmasına COVID-19 səbəb olub” 21 İyun 2021, 16:56 Rusiya erməniləri seçkilərin nəticəsini qəbul etmədi 21 İyun 2021, 16:55 Paşinyanın qələbəsi: nələr gözlənilir? - TƏHLİL 21 İyun 2021, 16:46 Azərbaycan vətəndaşlığına qəbul edilənlər and içdilər - FOTOLAR 21 İyun 2021, 16:42 Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən DANIŞDI 21 İyun 2021, 16:34 Azərbaycana gələn əcnəbidə COVID-19 AŞKARLANDI 21 İyun 2021, 16:25 Canavar çox ziyankar və qorxaq heyvandır 21 İyun 2021, 16:23 Azərbaycanda yeni nəsil texnologiyalarla bağlı araşdırma mərkəzi yaradıldı 21 İyun 2021, 16:15
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?