7 Aprel 2017, 13:06 | Ana Səhifə - Yazılar - Avropalı oğlan
Avropalı oğlan

Hidayət Elvüsal


Yadınızda olar. O Sovet hökumətinin vaxtında bizim cavanların demək olar ki, hamısı Rusiyada əsgərlik edərdilər. Elə mən də!

Və o vaxt əsgərlikdən gələnlərin bəziləri necə deyərlər gopa basırdılar:

- Generalın qızı məndən ötəri ölürdü. Papası deyirdi ki, qal burda, səni ofiser eləyim.

Bir özgəsi:

- Komandirin arvadı məndən kəsirdi. Mən də komandirin arvadından kəsirdim. Oğraş bizi bir yerdə tutdu. Dedim öldürəcək. Qayıtdı dedi ki, üç gün növbədən kənar naryad! Yəni üç gün yeməkxanada qabları-zadı yudurtdu.

Və cavanların çoxu həsrətlə əsgərlik vaxtını gözləyirdilər ki, komandir onların da “naryad” versin. Rus qızlarıyla kef eləsinlər. Elə ki, çatırdılar Maqadana…

İndi də Avropa dəbdədir. Qayıdanların bəziləri qırmızı şalvarda, qulaqlarında da sırğa, gopa basırlar. Elə biri də bu Allahverdi. Dilimiz öyrəşib deyə ona Allaverdi deyirik və o gün bu da beynimizi xarab elədi:

- Ə, o Ledi Qaqa yoxdu?! Tanıyıram e, onu, sən öölll!

- Hardan tanıyırsan?

- Ə, evində balaca bir it saxlayır da. Heç kimə də etibar eləmir. Deyir Allaverdi, bu Cessi sənə əmanət.

- Cessi…

- İtin adı də, sən öll! Ə, it şahzadə kimi yaşayır e. şampunu, ətiri-zadı hesablayırsan, ayda bir “Mersedes”in pulunu eləyir, sən öll!

- Səni hardan tanıyır?

- Ə, indi gərək hər şeyi biləsiniz? Tanış olmuşuq da. Bir dəfə gedirdim. Gördüm maşını xarab olub, qalıb yolda. Yaxınlaşdım dedim, xanım, kən ay help yu!

- Nə?

- Yəni sənə nə kömək eləyə bilərəm. Dedi, təkərim buraxıb.

- Arxa, yoxsa…

- Ə, sən lap tupoysan e, sən öll! Nə dəxli var, hansı təkər? Nə isə, bunun təkərini düzəltdim.

- Arxa, yoxsa…

- Məzələnirsən?

- Soruşuram da!

- Soruşma! Hər şeyi danışmazlar. Tanış olduq. Dedi sabah konsertim var, birisigün gəl bizə. Adresi-zadı verdi, telefon nömrəsini yazdım.

- Getdin?

- Getməyəydim? Ə, sənə Ledi Qaqadan danışıram ee. Getdim! Qardaş, içəri girdim ki, bura ev deyil.

- Nədi?

- Muzey! Ə, külqabı qızıldan idi, sən öll! İndi belə baxıram, deyirəm, fələk, mən yetim bu “Prima”nın külünü qızıl qaba necə töküm!

- Orda da “Prima” satılır?

- Ə, sözgəlişi deyirəm dəə. Gördü ki, bir az narahatam, dedi Allaverdi, sən Səfər əminin goru özünü öz evindəki kimi hiss elə.

- Səfər əmini hardan tanıyırdı?

- Ə, indi öyrənib da. SRU (Allahverdi Mərkəzi Kəşfiyyat İdarəsi demək istəyirdi) dannıları öyrənib, ona çatdırıb, sən öll!

- Sonra!

- Ta nə sauna? Bir də gördüm ev xalatında gəlir. Ətirin iyi vurdu beynimə. Qabaq tərəfdəki divanda oturdanda ayağını aşırdı ayağının üstünə, fələk!!!

- Nə oldu, ə?

- Ə, nə nə oldu? Nəfəs getdi, əl titrədi, ürək şıdırğı vurdu. Gülümsədi, dedi, Allaverdi, tələsmə, hələ tezdi, gecə uzundu.

- Mən ölüm?!

- Sən öll! Nə isə, yedik-içdik, yeriniz məlum. Bir az viski vurandan sonra dilim açıldı. Dedim, aaz Ledi Qaqa, sən papanın canı mənim nəyimə vurulmusan? Dedi, Allaverdi, əmoğlu, Cessi səni görən kimi quyruğunu buladı. O saat bildim ki, yaxşı oğlansan, hal əhlisən. Mənə də sənin kimi bir oğlan lazımdı. Hər adamla oturub-duran deyiləm.

- Yəni indi sən, Ledi Qaqanın lübovnikisən?

- Ə, ta oraları soruşmayın da! Məşhur adamdı. Sonra deyər Allaverdinin ağzı yırtıqdı.

- Allaverdi, o Şakira nətəhər şeydi?

- Pis deyil! Bir dəfə mənə dedi ki, səndən incimişəm. Dedim niyə? Dedi o gün səni Ledi Qaqaynan görmüşəm. Cessi də yanınızdaydı.

- Harda görüb?

- Demədi.

- Yəni o da sənə…

- Ə, sən öl, Ledi onu tikə-tikə doğrayar. Qısqanır e, məni. Deyir, Allaverdi, səni özgə bir qızla-zadla görsəm, onun saçını olub, salaram ayağımın altına, dəli inək balasını qığnoyan kimi qığnoyaram. Sən öll!

- Allaverdi, sən bicin birisən. Şakiranı  da boş buraxmazsan.

- Ə, yaxşı, ə!

- Mən ölüm düzünü de!

- Ə, Ledinin qulağına çatar e, sən öll!

- Burda özümüzük, bizi tanıyırsan.

- Yavaş danış.

- Şakirayla…

- Ə, yavaş!

- Sən mənim canım!

- And verir e!

- Olub, olmayıb?

Allahverdi bir sağa baxdı, bir sola baxdı, sonra güldü, səssiz güldü, səssiz. Sonra yavaşca pıçıldadı:

- Elə-belə!

- Necə yəni elə-belə! O məsələnin də elə-beləsi olur?

- Ə, deyib ki, qayıdanda məni tapacaq.

- Mən ölüm?!

- Sən öll!..

…Və Allahverdi qayıda bilmədi. Adı-familiyası, fotoşəkli oranın polislərinin kompüterində idi. Qanunsuz, yəni qaçaq kimi yaşadığından ölkədən qovulmuşdu. Bir mərdiməzar da, onun küçə süpürərkən çəkilmiş şəklini facebook-a qoymuşdu.

Və nə Ledi Qaqa, nə də Şakira o ölkədə, Allahverdinin yaşadığı, qovulduğu ölkədə heç vaxt olmamışdılar.

Cessi adlı it də…

 

 

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Əli Hüseynli Bakı Bəyannaməsindən yazdı 31 İyul 2021, 22:39 “Bu tərbiyəsiz Volodya hələ də anlamır ki...” - Fazil Mustafa 31 İyul 2021, 22:22 Türkiyədə yanğınla bağlı son vəziyyət 31 İyul 2021, 22:07 Samuxda piyadanı maşın vurdu 31 İyul 2021, 21:53 Şəhriyar və Teymur FİDE reytinqində mövqeyini qorudu 31 İyul 2021, 21:38 Nazir müavinindən Türkiyədəki azərbaycanlı jurnalistlərə xəbərdarlıq 31 İyul 2021, 21:22 Bakıda mənzildən kişi meyiti tapıldı 31 İyul 2021, 21:08 Növbəti qrup Türkiyəyə yola düşdü - 1 helikopter, 53 texnika, 220 yanğınsöndürən 31 İyul 2021, 20:55 Rusiya qırıcısı dənizə düşdü 31 İyul 2021, 20:48 Prokurorluq bıçaqlanan polislə bağlı məlumat yaydı 31 İyul 2021, 20:36 FHN generalı Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqladı 31 İyul 2021, 20:24 Bodrumda daha bir yanğın - 3 otel boşaldıldı 31 İyul 2021, 20:09 İki qardaş yol qəzasında yaralandı 31 İyul 2021, 19:55 Bir gündə rekord sayda peyvənd vuruldu 31 İyul 2021, 19:40 Türkiyəyə alovun içində qardaş dəstəyi - VİDEO 31 İyul 2021, 19:33 Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür etdi 31 İyul 2021, 19:25 Bitkoinin qiyməti 42 min dollara çatdı 31 İyul 2021, 19:20 Bakıda Reza Deqatinin sərgisi təşkil olundu - FOTOLAR 31 İyul 2021, 19:10 Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51 Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli oldu 31 İyul 2021, 15:43 Azərbaycan Ordusunun əsgəri həlak oldu  31 İyul 2021, 15:35