Modern.az

İmran Xanın bacısı saxlanıldı

İmran Xanın bacısı saxlanıldı

Dünya

Bu gün, 00:35

Pakistanda həbsdə olan keçmiş Baş nazir İmran Xanın bacısı Alima Xan saxlanılıb.

Modern.az-ın məlumatına görə, Alima Xan sentyabrın 27-də keçirilməsi nəzərdə tutulan ümumxalq etirazları ərəfəsində Lahorda polis tərəfindən tutulub.

Pakistan Ədalət Hərəkatının (PTI) nümayəndəsinin bildirdiyinə görə, hadisə Alima Xanın yaşadığı evin yaxınlığında baş verib. O, idman zalına getmək üçün evdən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılıb və daha sonra Kot Laxpat həbsxanasına aparılıb.

Məlumata əsasən, Alima Xanın 30 gün müddətinə həbs edilməsi barədə qərar qəbul olunub. Qərarda onun saxlanılmasının şəhərdə ictimai asayişin qorunması məqsədi daşıdığı qeyd edilib.

Qeyd edək ki, İmran Xan 2023-cü ildən həbsdədir. Onun rəhbərlik etdiyi PTI və tərəfdarları keçmiş baş nazirin azadlığa buraxılmasını tələb edir.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı