21 Aprel 2017, 15:50 | Ana Səhifə - Yazılar - “Milyonerlər məhəlləsi” - 1
“Milyonerlər məhəlləsi” - 1

Hidayət Elvüsal

 


Yox, bu, siz deyən Bakıdakı həmin o məhəllə deyil. Oranı hər kəs tanıyır. Mən özgə məhəllədən danışıram. Burda da milyonçular yaşayır. Bunların da pulu var.

...Və nəvəsi deyəndə ki, gedirəm Almaniyada dişimi çəkdirməyə, nənəsinin qulağı az-maz eşitdi. Özünü atdı qonaq otağına:

- Bu hara gedir?

- Germaniyaya!

- Nə?! Otur oturduğun yerdə! Hitlerin yanında nə işin var? Baban hələ də ordan qayıtmayıb. İndi də səni gözləyək?

Nəvə barmağını şalvarının “cırıq” yerinə soxdu:

- Nənə, Hitler ölüb!

- Kimdən eşitdin?

- Sovet informasiya bürosundan. Özü də 1945-ci ildə.

- O, ölən köpəyoğlu deyil. Özünü bijdiyə qoyub.

Nəvə əlindəki telefonu qurdaladı:

- Bəs hara gedim, nənə?

Nənə kresloya oturdu:

- İntaliyaya!

- İtaliya da Mussolinin yeridi. O da faşistdi.

Xalası gözünü süzdürüb:

- Ə, İtaliya demir, Antalya demək istəyir. Eləmi, mama? O qəşəng yeri deyirsənmi?

- Aaz, o urus qızdarının çimişdikləri yeri deyirəm.

- Hə də Antalya!

Kişi duşdan çıxdı:

- Aaz, bu “fauri”di, nədi, gözəl şampundu.

Xala dik atıldı:

- Ə, onnan çimirdin?

- Noulub, aaz, ona? Çiyələk iyi verir.

Xala əlini dizinə vurdu:

- Evin tikilsin sənin! Ə, o şampunla qab yuyurlar e, qab!

- Nə qab, aaz?

Evin xanımı gəldi:

- Sənə görə fərqi yoxdu! Üstünə milçək dərmanı püskürdüb işə getmirdin? Bu da elə bir şeydi.

Kişi çaydan bir qurtum alıb, oğluna döndü:

- Ə, o “Mersedes”lərin “Jiquli” motoruynan olanı var?

Oğlan qulağındakı brilyant sırğanı sığalladı:

- Yox! Amma motosqlet matoruyla var, - deyə hirslə atasının görməmişliyinə deyindi.

- Hardadı?

- Nə?

- O motosqlet matoruyla olan “Mersedes”?

Oğlan bir anlıq dondu. Sonra ağır-ağır dilləndi:

- Hələlik birini düzəldiblər. Ona da Merkel minir.

- Merkel kimdi?

- Almaniyanın konsleri!

Nənə sanki yuxudan ayıldı:

- Ə, kiri! Demədim Germaniyadan danışma mənim yanımda! Baban oralarda itkin düşüb.

Kişi kövrəldi:

- Orda itkin düşməyib, mama!

- Bə harda düşüb?

- Sibirdə! Yüz dəfə demişəm sənə.

- Orda nə işi varmış?

- Müharibədən qaçıb. Gələndə də tutub göndəriblər Sibirə. Orda da…

İstədi desin ki, “evlənib”. Demədi. Anasının könlünü qırmadı. Bir dəfə ögey qardaş-bacısı ilə görüşmüşdü. Amma bunu gizlədirdi.

Nənə:

- Sibir uzaqdı? - deyə soruşdu.

Oğul telefonu qurcaladı:

- Yox, bizim kəndin yanındadı.

- Soğannı tərəfdə?

- Yox, nənə! Sarımsaqlı tərəfdə!

- Bizdə elə kənd yoxdu.

- Təzə salıblar!

Kişi oğluna göz ağartdı:

- Duraram ayağa, sənin o cırıq şalvarını boynuna qalstuk elərəm!

Xanım şokolatı dişləyib, ərinə tərəf döndü:

- Sabah toya çağırblar.

- Kim?

- Pəltək Həsən!

- Kimnən qohum olur?

- Oğru Hüsüylə!

- Beləə! Toyda kim oxuyacaq?

- Faiq!

- Hansı Faiq?

- Xalq artisti.

Kişi bir xeyli fikirləşib, dilləndi:

- Aaz, o Faiq, muğamat-zad oxuya bilir?

Oğlan gülümsündü:

- Yox! Amma “Yanıq Kərəmi”ni yandırır.

Kişi ağır-ağır başını tərpətdi:

- Yandırar, yandırar! Xalq artistidi, zarafat deyil. “Yanıq Kərəmi” də oxuyar, “Baş Sarıtel”i də, - deyib cibindəki dollarları xışıldatdı, - “Ala bula, boz keçi”ni də, hələ desən, “Ay pipiyi qan xoruz”u da oxuyar… Oxumasa, oxudaram!

 

(ardı olacaq)

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Özbəkistan latın əlifbasına keçdi     1 Avqust 2021, 18:19 Polisi döyən deputat üzr istədi: “Səhv etmişəm”   1 Avqust 2021, 17:53 Türkiyədə yanğında ölənlərin sayı artdı - FOTO   1 Avqust 2021, 17:51 Komitə sədri: “Parlament uğurla fəaliyyətini davam etdirir”   1 Avqust 2021, 17:50 FHN Marmarisdə yanğınların qarşısını aldı - VİDEO 1 Avqust 2021, 17:43 “Azərbaycan Türkiyəyə hər cür yardıma hazırdır” - Ceyhun Bayramov 1 Avqust 2021, 17:24 Milli Məclisin yenidən buraxılacağı iddiasına CAVAB   1 Avqust 2021, 17:07 “Yalanın həqiqət kimi təqdim olunması təəssüf doğurur” - Cavanşir Feyziyev      1 Avqust 2021, 17:03 Şevçenko millidən ayrıldı  1 Avqust 2021, 16:58 Peyvənd olunanların sayı açıqlandı 1 Avqust 2021, 16:49 Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü 1 Avqust 2021, 16:42 Xüsusi əməliyyat: Terrorçular məhv edildi 1 Avqust 2021, 16:36 8 toyda karantin qaydaları pozuldu 1 Avqust 2021, 16:33 “Jirinovski siyasi arenanı çayxana ilə səhv salıb” 1 Avqust 2021, 16:24 Ombudsman Türkiyəyə 100 fidan hədiyyə etdi 1 Avqust 2021, 16:08 Kəmər bölgəsində də meşə yanğınları başlayıb 1 Avqust 2021, 16:00 Şəhid zabitin anım günü qeyd edildi - FOTOLAR 1 Avqust 2021, 15:54 Türkiyə Yunanıstana nota verib   1 Avqust 2021, 15:45 Səfirlikdən Türkiyədəki azərbaycanlılara müraciət 1 Avqust 2021, 15:28 Muğlada yaşayış məntəqələrini alov bürüdü 1 Avqust 2021, 15:22 Ermənilər Xankəndini niyə TƏRK EDİR?    1 Avqust 2021, 15:03 İranda daha 366 nəfər koronavirusdan ölüb   1 Avqust 2021, 14:46 Egey dənizində zəlzələ şoku: 131 təkan qeydə alındı   1 Avqust 2021, 14:40 Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı 1 Avqust 2021, 14:29 Azər Kərimli: “Jirinovski  saxtakar və siyasi kloundur” 1 Avqust 2021, 14:25 Azərbaycan Rusiyaya nota verdi 1 Avqust 2021, 14:14  “Jirinovski belə siyasətçilərin ön sırasındadır” - Ramin Məmmədov 1 Avqust 2021, 14:00 Goranboyda 11 yaşlı uşaq oda düşdü 1 Avqust 2021, 14:00 Bodrumda yanğın yaşayış yerlərinə keçir 1 Avqust 2021, 13:49 FHN-nin növbəti qrupu Gürcüstandan Türkiyəyə gedir - VİDEO 1 Avqust 2021, 13:40 Ağstafada bədbəxt hadisə: Ustanı işlədiyi evdə "tok" vurdu 1 Avqust 2021, 13:34 Türkiyənin daha 3 bölgəsində yanğınlar nəzarətə alınıb 1 Avqust 2021, 13:25 Əfqanıstanda hava limanına üç raket atıldı 1 Avqust 2021, 13:18 Muğla daha bir zəlzələ ilə silkələndi 1 Avqust 2021, 13:09 Myanmada müvəqqəti hökumət quruldu 1 Avqust 2021, 13:05