Maliyyə Nazirliyi 2030-cu ilədək Azərbaycan Respublikasında gözlənilən inflyasiyanın səviyyəsinə və manatın məznnəsinə dair proqnozu açıqlayıb.
Modern.az xəbər verir ki, inflyasiya və manatın məznnəsinə dair proqnoz İqtisadiyyat Nazirliyinin qiymətləndirmələri əsasında verilib. Belə ki, nazirlik tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması fərziyyələri, tənzimlənən mal və xidmətlərin tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,7% proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2030-cu ildə 4,3% olacağı gözlənilir.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2027-2030-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülqb. Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin 2030-cu ildə 137,1 milyard manata, xərclərinin isə 134,1 milyard manata qədər yüksəlməsi gözlənilir.
2027-ci ildə əsas kapitala yönələn investisiyalarda 2,4 faiz, ortamüddətli dövrdə isə orta illik 2,2 faiz artım olacağı proqnozlaşdırılır.
A.Qorxmaz