Azərbaycan Respublikasının 2027-ci il üçün dövlət büdcəsi layihəsində neftin qiyməti ilə bağlı proqnoz məlum olub.
Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2027-2030-cu illər üzrə 65 ABŞ dolları olacağı fərz edilib.
Proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 141,0 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-i 109,1 milyard manat təşkil edəcək.
2030-cu ildə isə ÜDM in 169,1 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 138,6 milyard manata çatacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM in isə 4,4 faiz olacağı proqnozlaşdırılır.
2030-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının 82 faizə çatacağı gözlənilir.