Modern.az

2027-ci ildə dövlət büdcəsi hara xərclənəcək? - SİYAHI

2027-ci ildə dövlət büdcəsi hara xərclənəcək? - SİYAHI

İqtisadiyyat

Bu gün, 11:31

2027-ci il üçün dövlət büdcəsinin ayrı-ayrı istiqamətlər üzrə proqnozlaşdırılan xərcləri açıqlanıb.

Modern.az saytı xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, 2027-ci il üçün dövlət büdcəsi xərcləri 42400,0 milyon manat (ÜDM-in 30,1 faizi) həcmində proqnozlaşdırılıb. Bunun 26400,0 milyon manatı və ya 62,3 faizi cari xərclərə, 13800,0 milyon manatı və ya 32,5 faizi əsaslı xərclərə, 2200,0 milyon manatı və ya 5,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcək.

Büdcə xərcləri aşağıdakı istiqamətlər üzrə xərclənəcək:

- 2027-ci ildə ümumi dövlət xidmətləri üzrə xərclər - 5506,3 milyon manat (xüsusi çəkisi 13,0 faiz)

- müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8816,4 milyon manat (xüsusi çəkisi 20,8 faiz)

-  məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 3433,6 milyon manat (xüsusi çəkisi 8,1 faiz)

- təhsil xərclərinə 5098,2 milyon manat (xüsusi çəkisi 12,0 faiz)

- səhiyyə xərclərinə 2082,6 milyon manat (xüsusi çəkisi 4,9 faiz)

-  sosial müdafiə və sosial təminat üzrə xərclərə 4916,0 milyon manat (xüsusi çəkisi 11,6 faiz)

- mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 645,2 milyon manat (xüsusi çəkisi 1,5 faiz)

- mənzil və kommunal təsərrüfatı üzrə xərclərə 335,0 milyon manat (xüsusi çəkisi 0,8 faiz)

- kənd təsərrüfatı üzrə xərclərə 1379,5 milyon manat (xüsusi çəkisi 3,3 faiz)

- ətraf mühitin mühafizəsi üzrə xərclərə 438,7 milyon manat (xüsusi çəkisi 1,0 faiz)

- iqtisadi fəaliyyət xərclərinə 8891,0 milyon manat (xüsusi çəkisi 21,0 faiz)

- əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərə  857,6 milyon manat (xüsusi çəkisi 2,0 faiz).

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada