Modern.az

UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib

UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib

Aktual

Bu gün, 12:14

Süni intellektin (Sİ) elm, təhsil və inzibati fəaliyyətə sürətlə inteqrasiyası Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) onun istifadəsinə dair vahid institusional çərçivənin formalaşdırılmasını zəruri edib. Bu məqsədlə UNEC Elmi şurasının qərarı ilə “UNEC-in Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edilib.

Universitetdən Modern.az-a bildirilib ki, kodeks UNEC-in Sİ dövründə fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirir. Universitet Sİ-yə qadağan edilməli texnologiya kimi deyil, insanın imkanlarını gücləndirən tərəfdaş kimi yanaşır. Burada məqsəd Sİ-nin insanın düşünmə və qərarverməsini əvəzləməsi deyil, “İnsan + Sİ + İnsan” modelinin formalaşdırılmasıdır.

Sənəd akademik dürüstlük, məxfilik, məlumat təhlükəsizliyi ilə yanaşı, tənqidi düşünmə, müstəqil qərarvermə, yaradıcılıq və real problemlərin həllinə əsaslanan yeni təhsil mədəniyyətini təşviq edir. Eyni zamanda, Sİ ilə işləyən universitet mədəniyyətinin əsas prinsiplərini də müəyyənləşdirir.

Kodeks sillabuslarda Sİ-dən istifadəyə dair qaydaların müəyyənləşdirilməsinə, müəllimlərin Sİ savadlılığının artırılmasına, qiymətləndirmədə yeni yanaşmaların tətbiqinə, təhlükəsiz Sİ infrastrukturunun formalaşdırılmasına və s. institusional nəzarətin təmin edilməsini nəzərdə tutur.

Bu baxımdan sənəd UNEC-in yalnız Sİ-dən istifadəyə dair etik kodeksi deyil, “Süni intellekt dövründə universitet modeli”nə keçid sənədidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada