Modern.az

Maşının nömrəsini lentlə bağladı - saxlanıldı

Maşının nömrəsini lentlə bağladı - saxlanıldı

Aktual

Bu gün, 12:32

Lənkəranda məsuliyyətdən yayınmaq üçün avtomobilin nömrə nişanlarını lentlə örtən sürücü saxlanılıb.

Modern.az xəbər evrir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində dövlət qeydiyyat nişanlarının üzəri yapışqan lentlə örtülmüş vəziyyətdə idarə olunan “Mercedes” markalı avtomobil saxlanılıb.

Araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən sürücünün yol verdiyi qayda pozuntularına görə məsuliyyətdən yayınmaq məqsədilə dövlət qeydiyyat nişanlarının görünüşünə müdaxilə etdiyi müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada