Modern.az

Rusiya-Ukrayna münaqişəsi tezliklə həll olunacaq - Tramp

Rusiya-Ukrayna münaqişəsi tezliklə həll olunacaq - Tramp

Dünya

Bu gün, 13:09

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin tezliklə həll oluna biləcəyini bildirib.

Modern.az xəbər verir ki, Tramp bunu Şimali Karolinada çıxışı zamanı deyib.

ABŞ Prezidenti administrasiyasının Rusiya və Ukrayna arasında münaqişənin həlli istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib.

“Rusiya və Ukrayna arasındakı münaqişəni həll etmək üçün səylə çalışırıq. Mən səkkiz münaqişəni həll etmişəm, lakin ən çətini Rusiya ilə Ukrayna arasındadır”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, Ukrayna böhranı dizel yanacağının qiymətlərinin artmasına da səbəb olur.

“Amma bütün bunlar çox tezliklə başa çatacaq”, - deyə ABŞ Prezidenti qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada