Modern.az

Simonyan qaynanasını söyən “qanuni oğru” ilə dalaşıbmış

Simonyan qaynanasını söyən “qanuni oğru” ilə dalaşıbmış

Aktual

17 Sentyabr 2026, 12:40

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Moskvada münaqişə yaşadığı şəxsin kimliyi məlum olub.

Modern.az xəbər verir ki, “Joqovurd” qəzeti mənbələrinə istinadən yazıb ki, hadisədə iştirak edən şəxs Rusiya paytaxtında yaşayan Norik Tevanyandır. O, “Axalkalaklı Noro” ləqəbi ilə tanınır.

Məlumata görə, hadisə Moskvadakı “Ararat Park Hyatt” hotelində baş verib.

Qəzetin mənbələri bildiriblər ki, əvvəlcə Alen Simonyan, Norik Tevanyan və Hayk Sarkisyan arasında söhbət sakit şəraitdə keçib. Lakin daha sonra Tevanyanın parlament sədrinin qayınanasının ünvanına təhqiramiz ifadə işlətməsindən sonra vəziyyət gərginləşib. Hadisə zamanı orada olan şəxslər müdaxilə edərək münaqişəni dayandırıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir