Modern.az

Səkkiz ayda yol qəzasında 57 uşaq ölüb

 Səkkiz ayda yol qəzasında 57 uşaq ölüb

10 Sentyabr 2009, 16:22

Baş Dövlət Yol Polisi İdarəsi sentyabrın 10-dan «Diqqət! Uşaqlar» adı altında təhlükəsizlik ayına başlayır. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ərəstun Məcidovun sözlərinə görə, 2009-cu ilin 8 ayı ərzində yol qəzalarında 57 uşaq ölüb, 150 uşaqsa xəsarət alıb. Ölənlərdən 24-ü, yaralananlardan 99 azyaşlılardır. Ərəstun Məcidov deyib ki, yay tətili dövründə yol-nəqliyyat hadisəsi zamanı 10 azyaşlının ölümü, 24-nün də xəsarət alması bilavasitə valideynlərin nəzarətsizliyi üzündən baş verib.
Baş Dövlət Yol Polisi İdarəsi senryabrın sonunadək uşaqların və valideynlərin maarifləndirilməsilə bağlı müxtəlif tədbirlər keçiriləcək. Bura orta məktəblərdə yol hərəkəti qaydaları ilə bağlı dərslərin keçirilməsi, televiziyalarda tez-tez elanların verilməsi və orta məktəblərə yaxın yerlərdə yol nişanları vurulması və s. kimi tədbirlər daxilidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi