Modern.az

Ərdoğan Azərbaycan səmasından Zəfər gününümüzü təbrik etdi - VİDEO

Ərdoğan Azərbaycan səmasından Zəfər gününümüzü təbrik etdi - VİDEO

Aktual

Bu gün, 12:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya səfəri zamanı Azərbaycanın hava məkanından keçərkən Prezident İlham Əliyevi və Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib.

Modern.az xəbər verir ki, Ərdoğanın təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayaraq Türkiyə Prezidentinin təbrikini çatdırıb.

Ərdoğan öz adından və nümayəndə heyəti adından Prezident İlham Əliyevə və Azərbaycan xalqına səmimi salamlarını və xoş arzularını ifadə edib.

“Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyinə güclü inamımı bir daha bildirmək istəyirəm”, – təbrikdə qeyd olunub.

Türkiyə Prezidenti qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə İlham Əliyevi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edərək ölkəmizə davamlı sülh, firavanlıq və tərəqqi arzulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dünyanı dəhşətə gətirən XƏBƏRDARLIQ - İran nüvə silahıyla vurulacaq!