Modern.az

Dövlət çevrilişi planlaşdıranlar saxlanıldı

Dövlət çevrilişi planlaşdıranlar saxlanıldı

Aktual

Bu gün, 13:15

Qazaxıstanda konstitusiya quruluşunu zorla dəyişdirməyi planlaşdıran qrupun 10 üzvü saxlanılıb.

Modern.az TASS-a istinadən xəbər verir ki, əməliyyat oktyabrın 30-da ölkənin qərbində yerləşən Atırau şəhərində Milli Təhlükəsizlik Komitəsi tərəfindən keçirilib.

İstintaqın versiyasına görə, saxlanılan şəxslər ekstremist qrup yaratmaqda, ona rəhbərlik etməkdə, terrorçuluğu təbliğ etməkdə və dini ədavəti qızışdırmaqda şübhəli bilinirlər.

Axtarışlar zamanı odlu silahlar, narkotik vasitələr, dini ədəbiyyat və digər maddi sübutlar götürülüb. Həmçinin uşaqlar və yeniyetmələr üçün yaradılmış üç gizli tədris mərkəzinin fəaliyyəti dayandırılıb.

Qazaxıstan MTK-nın məlumatına görə, saxlanılanlardan bəziləri əvvəllər terrorçuluq və digər cinayətlərə görə məhkum olunublar. İstintaqla bağlı əlavə məlumat açıqlanmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğanın təyyarəsi Bakıya daxil oldu - Havada olarkən KRİTİK MESAJ