Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri ilə əlaqədar prezident səlahiyyətlərini kimin icra edəcəyi məlum olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “Rəsmi qəzet”ində dərc olunan sərəncamda bildirilib.
Sənədə əsasən, Ərdoğanın 2026-cı il noyabrın 2-4-də Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz icra edəcək.
Sərəncamda qeyd olunub ki, Ərdoğanın ölkə xaricində olacağı müddətdə Konstitusiyanın 106-cı maddəsinə uyğun olaraq prezident səlahiyyətləri vitse-prezident Cevdet Yılmaza həvalə ediləcək.
![]()