Modern.az

Özəl məktəblər geyim qaydaları tətbiq olunacaq?

Özəl məktəblər geyim qaydaları tətbiq olunacaq?

Təhsil

Bu gün, 13:01

Dövlət məktəbləri üçün müəyyən edilmiş vahid geyim qaydaları yalnız dövlət ümumi təhsil müəssisələrini əhatə edir. Özəl məktəblər isə nizamnamələrinə uyğun olaraq müvafiq geyim qaydalarını özləri müəyyən edə bilərlər.

Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində bildirib.

Nazir müavini qeyd edib ki, geyim qaydaları məsələsində məktəblərin dövlət və özəl əsasda fərqləndirilməsi valideynlər tərəfindən birmənalı qarşılanmaya bilər.

“Şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, təhsil hüququnun qorunması, məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsi üçün bu məsələlərin həlli bütün təhsil müəssisələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Hesab edirik ki, bu prinsiplərin bütün məktəblərdə ardıcıl şəkildə tətbiqi təhsil mühitinin daha sağlam və nizamlı təşkilinə müsbət təsir göstərə bilər”, – Firudin Qurbanov vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dünyanı dəhşətə gətirən XƏBƏRDARLIQ - İran nüvə silahıyla vurulacaq!