19 Oktyabr 2021, Çərşənbə axşamı
19 May 2017, 13:04 | Ana Səhifə - Yazılar - Nimdaş paltarların sevinci
Nimdaş paltarların sevinci

Vəfa Allahverdiyeva

 

Bu günlərdə beynəlxalq müstəvidəki bir tədbirin şüarında bəşəriyyətə elə bir ağır danlaq, layiqli tənbeh, haqlı irad var idi ki, doğrudan da zibil qutularına bolluq, israfçılıq səbəbindən atılan çeşidli qidalar dünyanın səfalət içərisində boğulan yerləri, aclıq hissi ilə mücadilədə saralıb-solan məxluqatın fonunda bir insanlıq utancı yaradır.  

Yalnızca qidalar da yox.

Geyinilmədiyi üçün köhnə sayılan, amma qalaq-qalaq bahalı, gözəl, rahat  paltarlar da, ya acgözlüklə bir başqasına yarı dəyərinə pulla satılır, ya dəb xəstəliyi ilə lazımsızlaşıb qayçılanır, ya silib-təmizləmə əşyası funksiyasına ötürülür.

Ya da torbalara zibil kimi basılıb, dəmir yeşiklərə atılır.

Nəinki təravətini itirmiş, nəinki paltar dəryasında üzənlərin lazımsız kimi baxdığı gözqamaşdıran yaxşı geyimlər- hətta bozarmış bir libasa, gödəlmiş, düyməsi qırıq bir paltara belə, tamarzı ailələr bizim bu düşüncəsizliyimizlə daha əngin əzablardan keçməli olur.

Bəzən qohum-tanış arasında qarşı tərəfin qüruru, imkan yetərliliyi olan tərəfinsə başqasını qırmaq ehtiyatlılığı, hətta bəzən özünü bəd nəzərdən, cahilcəsinə magiyanın xofundan  qorumaq və ətrafını ələbaxım öyrətməmək kimi çeşidli nədənlər  artıq qidaları, eləcə də paltarları zibil qutusuna  rəva görmə kimi  çirkin bir səhnə yaradır.

Bəzən də ehtiyaclı tanışlarımız bir yığın yararlı pal-paltarı kürəyimizə şəlləyib onların ünvanına qədər daşımağı da bizdən umur deyə, yükümüzü zibil yeşikləri çəkməli olur.  

 

Fəqət, hər evin küncündə artıq yer tutan paltar torbalarının uzaq məsafəyə çatdırılması zəhmətini bizdən gözləməyənlər də var.

 

Uşaqlarımızın təhsil aldığı məktəblərin dəhlizlərinə qədər olan kiçicik məsafə bizə düşən zəhmətin ən balaca bir zərrəsidir.

Bundan sonrasını təşkilatçılar həll edir, onsuz da.    

 

Bəlkə də bu aksiya çoxdan var-bilmirik.

Lakin dərs ilinin sonunda şagirdlərin suriyalı uşaqlara dəstək kampaniyasında iştiraka cəlb edilməsi məktəblərin ənənəvi yardımlaşmaq, paylaşmaq roluna aid məsələlərin

ən həssası, ən ürəyəyatımlısıdır.

Başqasına evimizdən çıxarıb  deyinmədən, qaralanmadan verə biləcəyimiz ən rahat bir yaxşılıqdır. Kimsəyə büdcəmizin pulu dağıdılmır; onsuz da hər evin bir küncündə paltarlarla dolu torbalar dayanır.

Bu torbalar axın-axın məktəblərin xüsusi hücrəsinə daşınır.

Nimdaş bir libasın sevincini yarada bilmək ixtiyarı getdikcə qeyb olan insanlığı yerinə gətirir və bu uğurlu plana dəstək vermiş hər kəsin ürəyində, vicdanında bir rahatlama, yüngülləşmə yaradır. 

Mavi və günəşli səma bizim çadırımızsa, atəşdən, topdan qopan tozlu-dumanlı, qorxunc göy qübbəsi suriyalı uşaqların çadırıdır.

Bizim qədər şanslı olmayan uşaqların...  
 

Suriyalı uşaqlar kədərli gözlər, üzlü dillərlə deyil, canlı-canlı girdikləri məzar aqibəti ilə dünyanın hər yerindəki dindaşlarından şəfqət gözləyir; paltar, yemək umurlar. Və  biz də mütləq bu sırada varıq.   

Həqiqətən də məktəblərdə başlayan bu aksiya evlərdəki gərəkli yükə ünvan tapılmasından da artıq, bir insanlıq, tarix səhnəsinin ağır dramında məzlumluq, səfillik qisməti yaşayan uşaqları, qocaları, qadınları bu uzaq məsafədən köksümüzə necə  basmaq ritorik sualına tapılan real cavabdır.     

Təşkilatçılıq Türkiyənin ictimai qurumları ilə Azərbaycanın  təhsil sferasının birgə fəaliyyəti ilə yürüyür.

Aydındır: Türkiyə dünyanın ortada yalqız buraxdığı məzlumlara umud olma missiyasının qulpundan yapışmağa islam ümmətini səfərbər etməyə çalışarkən, özünün etdikləri ilə müqayisədə başqa müsəlman məmləkətlərindən yalnız çüzi yardımlar gözləyir.       

 

İnsanlığa zinət vuran o qədər fəzilətlər var ki, tamah və ədavətin qurbanına çevrilən, yara alıb ürəyi hələ də yaralı qalan, gözləri islaq uşaqlara nimdaş paltarla verilən sevinc bu fəzilətin bəlkə də ən yüngülü, ən sonuncusudur.

Sızlayan ürəyə şəfa olmaq, uzun, qaranlıq tuneldə naməlum gələcək yaşayan, ömür səhifələrinə kədərdən başqa xatirələr düşməyən, hərbin gurultusundən, dəhşətindən heysizləşən, dalğınlaşan  insanlara, xüsusən uşaqlara qəyyumluq etmək, hənir vermək üçün bizə müsəlman olaraq çox sadə bir yardım işi düşür-köhnə paltarı məzlumun, səfilin nəşəsinə çevirmək.    

Aramızda məsafələr, fiziki, coğrafi sərhədlər var- sözsüz.

Amma suriyalı uşaqlarla, bəşəriyyətin rəzil insanlıq dramında inləyən, Tanrının yaratdığı indi bu bədbin şüurlu məxluqatla könül sərhədlərimiz tam açıqdır.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Prezident sabiq deputatla bağlı sərəncam VERDİ 19 Oktyabr 2021, 15:06 Nazir Kukla Teatrının direktorunu İŞDƏN ÇIXARDI 19 Oktyabr 2021, 15:00 “Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ 19 Oktyabr 2021, 14:56 Narkotikə görə daha 12 nəfər saxlanıldı 19 Oktyabr 2021, 14:50 Ruslan Əliyev medianın suallarını cavablandıracaq 19 Oktyabr 2021, 14:30 Vəzifəli şəxslərdən pul tələb edən jurnalistlərin işi məhkəmədə 19 Oktyabr 2021, 14:25 Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ 19 Oktyabr 2021, 14:20 ABŞ-dakı körpüdə Azərbaycan bayrağı - FOTO 19 Oktyabr 2021, 14:14 Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA 19 Oktyabr 2021, 14:10 Meyxanaçı siyasi qafiyələrə görə həbs edilib? - DİN-dən iddialara REAKSİYA 19 Oktyabr 2021, 14:05 Zooparka gedənlərin sayı 5 min nəfər olub, məktəblər niyə bağlansın?! 19 Oktyabr 2021, 14:04 Botanika İnstitutuna direktor əvəzi təyin edildi 19 Oktyabr 2021, 14:00 Ceyhun Bayramovdan Ermənistana xəbərdarlıq -  “Adekvat cavab veriləcək” 19 Oktyabr 2021, 13:54 Məktəblər yenidən bağlanır? - Nazirlikdən rəsmi cavab 19 Oktyabr 2021, 13:50 Azərbaycanda yeni televiziya kanalı yaradılacaq 19 Oktyabr 2021, 13:45 Azərbaycan Ermənistana şərtini açıqladı 19 Oktyabr 2021, 13:39 “Əl Şərq” qəzeti Azərbaycan-Qətər əlaqələrindən yazıb 19 Oktyabr 2021, 13:35 Azərbaycan Slovakiyadan minatəmizləmə maşınları gətirəcək 19 Oktyabr 2021, 13:30 Türkiyə lirəsi ucuzlaşmaqda davam edir 19 Oktyabr 2021, 13:28 Bakı ilə İrəvan arasında danışıqlar bu sənədlər əsasında APARILACAQ 19 Oktyabr 2021, 13:23 Sabahdan Bakıda bal yarmarkası başlayır 19 Oktyabr 2021, 13:18 Həkimin intihara cəhdilə bağlı RƏSMİ açıqlama 19 Oktyabr 2021, 13:12 Bütün təhdidlər puç olacaq 19 Oktyabr 2021, 13:09 Ərdoğan oktyabrın 26-da Bakıya GƏLİR 19 Oktyabr 2021, 13:06 İİV xəstələrinin 70 faizi KİŞİLƏRDİR 19 Oktyabr 2021, 13:00 Gömrük Komitəsi: Problem İran tərəfindən qaynaqlanır 19 Oktyabr 2021, 12:55 “Subay qızlar Türkiyəyə getməsin” deyən rusiyalı deputata Ankaradan REAKSİYA 19 Oktyabr 2021, 12:50 İcra olunan layihələr Azərbaycanın potensialının göstəricisidir 19 Oktyabr 2021, 12:47 Cüdo Federasiyası Elmar Qasımova CAVAB VERDİ: “Yarım milyon mükafat almısan...” 19 Oktyabr 2021, 12:44 Orta məktəbdə tikinti işləri yekunlaşır 19 Oktyabr 2021, 12:38 Bakıya yağış, rayonlara qar yağacaq 19 Oktyabr 2021, 12:33 DİN qadın işçi axtarır - 500-800 manat maaş veriləcək 19 Oktyabr 2021, 12:29 Ölkədə evlənənlər də, boşananlar da ARTIB 19 Oktyabr 2021, 12:26 8 ayda ÖLƏNLƏR 19 Oktyabr 2021, 12:23 Assambleyaya koordinatorluq Azərbaycana keçəcək 19 Oktyabr 2021, 12:20