Modern.az

Zaqatalada müəmmalı ölüm, 77 yaşlı kişi güllələnib

Zaqatalada müəmmalı ölüm, 77 yaşlı kişi güllələnib

Hadisə

Bu gün, 09:54

Zaqatalada güllə yarası almış kişi meyit tapılıb.

Modern.az Apa-ya istinadən məlumat verir ki, hadisə səhər saatlarında rayonun Danaçı kəndində baş verib.

Kənd sakini 77 yaşlı İbrahim Əhməd oğlu Babayevin üzərində odlu silahdan açılan atəş nəticəsində aldığı ağır xəsarətlər olan meyiti yaxınları tərəfindən aşkarlanıb.

Hadisə yerindən maddi sübut kimi ov tüfəngi götürülüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
O yollardan heç tank da keçə bilməz! - Bunun adını nə qoyaq?!