İran ABŞ-yə etibar etmir və Vaşinqtondan real addımlar gözləyir.
Modern.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai İraq Kürdüstanının aparıcı siyasi partiyalarından biri olan Kürdüstan Vətənsevərlər Birliyinin (KVB) sədri Bafil Cəlal Talabani ilə görüşdə deyib.
"Amerikaya heç bir vəchlə etibar etmirik, onlar əməli addım atmalı və bizim etibarımızı qazanmalıdırlar", - iranlı general bildirib.
O, görüşdə terror qruplaşmaları məsələsinə baxılmasının və sərhədlərdə təhlükəsizliyin yaradılmasının zəruriliyini vurğulayaraq, Kürdüstan regionunda İsrailin hərəkətləri barədə xəbərdarlıq edib. Rezai həmçinin iqtisadi əməkdaşlığın artırılmasını və inkişaf etdirilməsini vurğulayıb.
Bafil Talabani də iqtisadi, təhlükəsizlik və diplomatik əməkdaşlıqların inkişafını alqışlamaqla yanaşı, qruplaşmalar məsələsinin həlli və sərhədlərdə təhlükəsizliyin yaradılmasının zəruriliyini qabardıb.