Modern.az

Bu rayonları duman bürüdü - Görünüş məsafəsi azaldı

Bu rayonları duman bürüdü - Görünüş məsafəsi azaldı

Aktual

Bu gün, 09:47

Şəmkir, Xızı, Şahdağ, Sabirabad, Lerikdə duman müşahidə olunur.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Əksər rayonlarda isə hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Balakəndə 15, Sarıbaşda (Qax) 12, Zaqatalada 8, Quba, Qusarda 3, Naftalan, İsmayıllıda 1 mm-dək qeydə alınıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
O yollardan heç tank da keçə bilməz! - Bunun adını nə qoyaq?!