Modern.az

Tramp Ağ Evdə erməni keşişləri qəbul edib

Tramp Ağ Evdə erməni keşişləri qəbul edib

Dünya

Bu gün, 09:00

ABŞ-da fəaliyyət göstərən Ermənistan səfirliyi Ağ Evin Dini Məsələlər Ofisi ilə əməkdaşlıq çərçivəsində görüş təşkil edib.

Modern.az xəbər verir ki, görüşdə ABŞ-dakı erməni dini liderləri və Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan ABŞ Prezidenti Donald Tramp, Ağ Evin Dini Məsələlər Ofisinin rəhbəri, ABŞ prezidentinin uzunmüddətli ruhani məsləhətçisi Paula Uayt-Keyn və ofisin direktoru Cennifer S. Korn ilə görüşüblər.

Ermənistanın ABŞ-dakı səfirliyinin yaydığı məlumatda bildirilib ki, görüş zamanı Ermənistanla ABŞ arasındakı münasibətlər, iki xalq arasında xristianlıq və sivilizasiya əlaqələri, dini azadlıqlar, eləcə də sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylər ətrafında fikir mübadiləsi aparılıb.

Sülhün bərqərar olması və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Bu prosesdə inancın və mənəvi dəyərlərin əhəmiyyəti qeyd edilib.

Erməni dini liderləri birgə dua edərək Ermənistan və ABŞ xalqlarının rifahı və gələcəyi, eləcə də iki ölkə arasındakı dostluq münasibətləri üçün Tanrının xeyir-duasını diləyiblər.

Dini liderlər dualarında sülhün bərqərar olunmasına yönəlmiş səylərə də toxunaraq, ABŞ Prezidenti Donald Trampın Ermənistanla Azərbaycan arasında sülh prosesinə verdiyi töhfəni vurğulayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
O yollardan heç tank da keçə bilməz! - Bunun adını nə qoyaq?!