Modern.az

Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - RƏSMİ

Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - RƏSMİ

Ölkə

17 Sentyabr 2026, 10:18

Azərbaycanda 2026-cı ilin ilk yeddi ayında nikahların sayı nəzərəçarpacaq dərəcədə azalıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-avqust aylarının sosial-iqtisadi göstəricilərinə dair hesabatında məlumat verilib.

Hesabata əsasən, cari ilin yanvar-iyul aylarında ölkədə 22 130 nikah qeydə alınıb. Ötən ilin eyni dövründə bu göstərici 27 509 olub.

Beləliklə, nikahların sayı bir il ərzində 5 379 və ya təxminən 19,6 faiz azalıb.

Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı da 4,6-dan 3,7-yə enib.

Eyni dövrdə ölkədə 11 678 boşanma qeydə alınıb. 2025-ci ilin yanvar-iyul aylarında bu göstərici 12 146 olub. Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı isə dəyişməyərək 2,0 səviyyəsində qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir