İsrailin Petah-Tikva şəhərindən olan Aleksandr Qranovski İrana casusluqda ttiham olunaraq 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Qranovski İran agenti ilə əlaqə saxladığını, düşmənə məlumat ötürdüyünü, həmçinin müxtəlif obyektlərə od vurmaq və əmlaka zərər vurmaqda iştirak etdiyini etiraf edib.
İsrail Prokurorluğunun məlumatına görə, bu, sosial şəbəkələr vasitəsilə İran agentləri ilə əməkdaşlıq edən İsrail vətəndaşına qarşı çıxarılmış ən ağır hökmdür.
İstintaq materiallarına əsasən, Qranovskinin İran agenti ilə əlaqələri sosial şəbəkələr vasitəsilə qurulub. O, İran tərəfinin tapşırıqlarını yerinə yetirib və bunun müqabilində müxtəlif fəaliyyətlər həyata keçirib.