Modern.az

Media hərbçilərdən nə istəyir?

Media hərbçilərdən nə istəyir?

14 Sentyabr 2009, 13:49

"DOKTRİNA" JURNALİSTLƏRİN HƏRBİ ARAŞDIRMALAR MƏRKƏZİ DEBAT KEÇİRƏCƏK

 

Sentyabrın 18-də "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu tərəfindən maliyyələşdirilən "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" adlı layihə çərçivəsində ilk debatını keçirəcək. Qurumun rəhbəri Cəsur Məmmədov Modern.az-a deyib ki, ilk debat "Media hərbçilərdən nə istəyir? Əməkdaşlığın reallıqları və perspektivləri" mövzusunda olacaq: “Debatda güc strukturlarının nümüyəndələri, müstəqil ekspertlər və KİV əmakdaşlarının iştirakı gözlənilir. Debat 3 hissədən ibarət olacaq. Birinci hissədə tərəflərin mövqeləri dinləniləcək. İkinci hissədə aktiv müzakirələr aparılacaq. Üçüncü hissədə isə suallar və onlara cavablar veriləcək”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...