Modern.az

Məktəbdə atışma Ərdoğana məruzə edildi - istefalar gözlənilir

Məktəbdə atışma Ərdoğana məruzə edildi - istefalar gözlənilir

Dünya

Bu gün, 12:49

Türkiyənin Manisa şəhərində məktəbdə baş verən silahlı hücumla bağlı yeni məlumatlar yayılıb.

Modern.az xəbər verir ki, bəzi mənbələr hadisə barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məlumat verildiyini qeyri-rəsmi şəkildə bildirib. Ərdoğan hazırda BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkda rəsmi səfərdədir.

İlkin məlumatlara görə, Ərdoğanın məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı əvvəlcədən verilən məlumatlar fonunda baş verən hadisədən narazı olduğu iddia edilir.

Belə ki, yeni tədris ilinin sentyabrın 14-də başlamasından əvvəl Türkiyədə məktəblərdə təhlükəsizliyin təmin olunması üçün görünməmiş səviyyədə tədbirlərin görüləcəyi, o cümlədən məktəblərdə polis əməkdaşlarının daimi növbətçiliyinin təşkil ediləcəyi açıqlanmışdı.

Lakin hadisədən sonra mediada və sosial şəbəkələrdə yayılan görüntülər təhlükəsizlik tədbirlərinin icrası ilə bağlı suallar yaradıb. Kadrlarda silahlı şəxsin silahı açıq şəkildə dolduraraq məktəbə doğru hərəkət etdiyi və əraziyə maneəsiz daxil olduğu görünür.

Qeyd olunur ki, prokurorluğun araşdırması nəticəsində təhlükəsizlik sahəsində səhlənkarlıq və ya vəzifə məsuliyyətinin pozulması müəyyən edilərsə, Türkiyədə bəzi vəzifəli şəxslərin istefası və Daxili İşlər Nazirliyinin rəhbərliyində dəyişikliklər də gündəmə gələ bilər.

Hazırda hadisə ilə bağlı araşdırma davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı