Modern.az

Məktəbdə atəş açan şəxsin valideynləri və babası saxlanıldı

Məktəbdə atəş açan şəxsin valideynləri və babası saxlanıldı

Dünya

22 Sentyabr 2026, 12:42

Türkiyənin Manisa şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində yaralananların sayı 11 nəfərə çatıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücumun 2011-ci il təvəllüdlü şəxs tərəfindən törədildiyi bildirilir.

Məlumata görə, yaralılardan ikisinin vəziyyəti kritik qiymətləndirilir.

Hadisə ilə bağlı şübhəlinin valideynləri və silahın sahibi olduğu bildirilən babası saxlanılıb. Hadisənin bütün detalları ilə bağlı araşdırma davam edir.

Türkiyə mediasında və sosial şəbəkələrdə yayılan görüntülərdə hücumda şübhəli bilinən şəxsin silahla açıq şəkildə məktəbə doğru hərəkət etdiyi görünür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı