16Noyabr | Ana Səhifə - Yazılar - ...Sabir Rüstəmxanlıdan utanmaq
...Sabir Rüstəmxanlıdan utanmaq

 Vəfa Allahverdiyeva 

Jurnalistikadan tanıdığımız, bu aralar orda-burda rast gəldiyimiz  köhnə imzaların çoxunun düşüncələrində dərin bir pessimizm var.  

İrəliləmiş yaşında əməlli-başlı bir iş, maaş, qonorar olmadığına, həm də artan qeyri-peşəkarlığın sənəti uçuruma gətirib çıxarmasına kəskin kədər ifadə olunur.   

İşimizin hüquq-mühafizə orqanlarının fəaliyyətindən də vacib və qüsuru olan hər sahənin, nüfuzlu hər kəsin canına qorxu salan bir funksiyanı daşıdığı dönəmlər var idi.  

Statusu olan insan ictimai rəyin mühakiməsinə  bizim peşənin tənqidi ritorikası ilə verilirdi.

İctimai rəyin dilinə düşməksə hüquqi elitanın mühakiməsinə verilməkdən çox ağır bir aqibətdir.   
  

Qələm hüquqa uduzub; o qorxunu, o çəkinmə hissini naqisliyə səbəb olanların içinə sala bilmir.

Hörmətini  itirib, çünki.

Kükrəyə bilmir; coşğun ola bilmir.

Hər gün bir az da fağırlaşır. Pessimizmin kökündəki budur.  

Ortada professionallıq deyilən bir şeyin qalmaması da bədbinləşmə üçün ciddi əsasdır.   

“Qurd” kimi imzalar jurnalistikadan vəzifəyə keçid axtarışına başlarkən, çeşidli nədənlərdən küsüb, bezib, yorulub bir qırağa çəkilərkən, söz meydanına güclü olmaq, peşəkar formalaşmaq prinsipi ilə yox, baş girləmək hədəfsizliyi ilə bir yığın imza axışdı, onların içərisində isə yalnız ədəbi və publisistik istedadı olanlar özlərini təsdiqləyə bildilər.

Söz yox ki, insan bəlli bir yaşdan sonra, fiziksəl səbəblərdən reportyor ola bilmir; yollara düşüb, payi-piyada müsahibə arxasınca getməyə psixoloji komplekslər keçirir; xəbər jurnalistikasını öz “boy”u, təcrübəsi üçün dar sayır; geniş arenalara, yüksək pillələrə can atır.  

Amma jurnalistikada belə bir məcburiyyət, şərt, yaş çərçivəsi, başqa tələblər  varmı...yoxdur...

Təqaüd çağında da əlində diktafon, mikrofon olması təbii. Yetər ki, sənətin romantikası azalmasın.

Az qonorara işləsən də, yaradıcılığa düşkünlük itməsin.

Yoxsa ki, pul heç yerdə yoxdur, indi. Hətta babat bir vəzifə də karlı pul vəd etmir, bu saat...    

...Türkiyənin Şanlıurfası qarış-qarış gəzilir, bölgə əməlli araşdırılır,  ortaya maraqlı, uzun bir reportaj qoyulur və bunu oxucu üçün edən 40-45 yaşlı Əli, Vəli adlı yazar yox, 71  yaşlı, titulu ustad  Sabir Rüstəmxanlı  edir.

Bu, sadəcə bir səyahətin verdiyi ziyarət imkanı ola bilər, amma bu yaşda onu beynin səhifələrində, göz yaddaşında  saxlamaq mümkünkən, oxucu üçün hazırlamaq-bütün təfərrüatı, şirinliyi ilə- bu, artıq jurnalistikadır və Sabir Rüstəmxanlı yerindən tərpənib, fakt arxasınca getməyə ərinən yeni imzaları, yekələnib kabinet yaradıcılığını seçənləri, həm də fiziki sarıdan bu ağır işi öz “boy”unun ölçüsü saymayan peşəkar qismi də utandıra bilər, utandırır da, əslində...    

Heç kəs Hacı Zaminə köşələr yazma, ya da “parelel tədbirlərə də get” deyə bilməz, seçim ixtiyarı onundur. 

Amma bu da var ki, onun getdiyi mətbuat konfranslarında Əli İnsanov, Səfər Əbiyev  bir nazir  olaraq  medianın gözünə ehtiyatla kül üfürə bilirdi; hazırlıqlı olurdu tərs reaksiyaya.    

Əli Əhmədov, Anar Cəbrayıllı, Vüqar Bayramovun olduğu iqtisadi tədbirlərdə nazir(lər)in ürəyi açılırdı-səviyyəli, bilgili suallar verən var idi, ona görə.   

Afaqın, Lalənin (keçmiş “Azaqlıq”çılar) qatıldığı tədbirlər şou aləmini ciddiləşirdi; Polad Bülbüloğlu da, Əbülfəs Qarayev də ictimai rəyə daha sanballı açıqlama ötürürdü.

Məlahət Rzayevanın ( “Şərq”çi )  qapısını açdığı yaradıcı adamlar uğurlu bir müsahibə üçün daxili dünyasını, ilginc ictimai baxışlarını  ortaya tökürdü.  

 Rauf Arifoğlu yazanda, cəmiyyətə çox şey çatdırır, mediaya peşə baxımından çox şey öyrədə bilirdi. İndi o da yazmır. Yuxarıdakı imzalar kimi...    

Estafetin önünə heç bir maneə qoymaq olmaz. Köhnələr  öz əlləri ilə ötürməsələr də, yenilər onu köhnələrin əllərindən təhvil alacaq mütləq. 

Diletantlığı isə bir müddət bağışlamaq olar, illər sonra naşı kimi qalmaq, xam kimi görünmək bağışlanmaz, peşə gözdən düşər, çünki. 
 

Dövlət qurumlarındakı mətbuat konfranslarında illərin yetişdirə bilmədiyi jurnalistlərə çarəsizlikdən suallar paylanırsa, bu, mətbuat adına utancdır. Bu utanclıqda yeri görünən nə qədər imza var-yuxarıda sadaladığım kimi...

Ən yeni nəsil, jurnalistikanın prinsip, tələb və şərtlərini bir kənara qoyaraq, fakta, hadisəyə yeni yanaşma “icad” edib:  olaya, prosesə, şəxsiyyətə yaxınlaşarkən, bilgisiz olmaq.   Sonucda sual verə bilməmək, faktı dəqiqləşdirməmək   kimi bir mənzərə.

Bu,  yenilərin qüsuru kimi dillərə düşsə də, ümumən jurnalistikanın səviyyəsini anladır. 

Jurnalistika faktın başında, hadisənin mərkəzində deyil, olay yerindən, sübutlardan kənarda, masalar arxasında “inkişaf” edirsə, xəbəri tapmaq da, yazmaq da ovuc içinə düşürsə, ünsiyyət göz-gözə deyil, kiçik bir qurğunun simli, simsiz tellərindən yaranırsa, hadisə yerindən müxbir vəzifəsini adi bir yoldan ötənin əl telefonundakı kamera görürsə,  bu, sənəti  bəsitləşməyə, qürub çağına  aparan bir haldır.     

Janrların ölməməsi bu işlə məşğul olanın zəhmətinə, peşəkarlığına, sevgisinə bağlıdır. Əvəzində janr özü də jurnalist olmaq istəyənə çox şeylər qaytarır: onu tanıdır, özünə inamlı edir. Ona görə də ədəbiyyat, publisistika sahəsi istisna olmaqla, jurnalistikaya uğurlu imzalar çətinliklə daxil olur və mətbuat konfransları nazirlərin, komitə sədrlərinin monoloquna çevrilir.   

Birisi zamanında canlı ünsiyyətdən yoğrulan şirin, axıcı, dolğun, iti, məzmunlu bir müsahibə ilə yaddaşlarda özünə yer qazanıb. Birisi hadisə yerindən hazırladığı mükəmməl  reportajlarla.

Daha başqası analitik təfəkkürün gücündən süzülüb gələn təhlil yazılarla.

Qeyriləri xəbəri əldə etmək, onu çəkici hazırlayıb oxucuya çatdırmaqla.

Yenilərlə gələn və bərkiyən yaramaz “yaradıcılıq” ənənəsini qəbul etməyib, bədbinləşənlər peşəkarlıq mərhələsini vaxtilə keçə bilmiş insanlardır.     

Amma bir şey aydındır ki,  tənbəllikdən, pulsuzluqdan, vəzifə karyerası, inzibatçı olmaq  arxasınca qaçmaqdan, yəni, bizim müxtəlif istək və bəhanələrimizdən meydan boş qalır.

Meydan boş qalanda isə oraya xamlar, naşılar toplaşır.

Tək köşə yaradıcılığı ilə məhdudlaşıb, reportaji, müsahibəni, xəbəri, mətbuat konfranslarını “bizlik deyil”,- deyib qaçsaq,  Sabir Rüstəmxanlının jurnalistika həvəsindən, bu yaşdakı reportaj qoçaqlığından utanmasaq,  pessimizm bizim içimizdə uzun bir yol gedəcək. 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Smartfonların elektromaqnit radiasiya səviyyəsi açıqlandı - SİYAHI 9 İyul 2020, 20:41 Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq 9 İyul 2020, 20:33 Zərdabda 3 nəfər Kürdə batıb 9 İyul 2020, 20:20 Nazirlər Kabinetindən əməkhaqları ilə bağlı QƏRAR 9 İyul 2020, 20:03 Pandemiya ilə mübarizə aparan tibb işçiləri ilə bağlı 2 VACİB TƏKLİF                              9 İyul 2020, 19:54 Jurnalistlər ev almaq üçün indi heç kimə yaltaqlanmırlar... 9 İyul 2020, 19:45 Azərbaycanda daha 548 nəfər virusa yoluxdu, 10 nəfər öldü 9 İyul 2020, 19:31 Rusiya XİN-I Azərbaycanın təşəbbüsünü ALQIŞLADI 9 İyul 2020, 19:04 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANIB 9 İyul 2020, 18:58 İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur 9 İyul 2020, 18:51 Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38 Paşinyanın oğlu ordudan təxris olundu - VİDEO 9 İyul 2020, 17:36 Rusiya 13 ölkə ilə hava uçuşlarını bərpa edir – Bəs Azərbaycan? 9 İyul 2020, 17:34 Bakı-Sumqayıt yolunda yeni geridönmə yeri yaradıldı - FOTO 9 İyul 2020, 17:28 Dilqəmlə Şahbazdan XƏBƏR VAR 9 İyul 2020, 17:22 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 9 İyul 2020, 17:16 Azərbaycan MDB ölkələri arasında 30 ilin REKORDUNU VURDU 9 İyul 2020, 17:10 Gəlin, xırdalayaq, günahkar axtarmayaq! 9 İyul 2020, 17:04 Prezident Administrasiyasının şöbə müdiri partiya sədri ilə görüşdü 9 İyul 2020, 16:58 İTV-nin 7 əməkdaşı koronavirusa YOLUXDU 9 İyul 2020, 16:52 Gömrük Hospitalı koronavirusa yoluxan həkiminin son durumunu AÇIQLADI 9 İyul 2020, 16:46 Oğuza istirahətə gedənlər cəzalandırıldı - FOTO 9 İyul 2020, 16:40 Moskvada qoruyucu maska rejimi ləğv olunur 9 İyul 2020, 16:34 Azərbaycana yeni qaz sayğacları gətirildi - VİDEO 9 İyul 2020, 16:28 Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı 9 İyul 2020, 16:22 Seul meri ölü tapıldı 9 İyul 2020, 16:16 DİM magistraturaya qəbul olunan bakalavrlara müraciət etdi 9 İyul 2020, 16:10