Modern.az

DTX-nın saxladığı blogerlər həbs olundular

DTX-nın saxladığı blogerlər həbs olundular

Ölkə

14 Sentyabr 2026, 17:58

DTX tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.

Modern.az xəbər verir ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilib.

Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir