Modern.az

Ətraf mühiti korlayanlar cərimələnib

Ətraf mühiti korlayanlar cərimələnib

16 Sentyabr 2009, 10:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 7-13 sentyabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 16 akt və protokol tərtib olunub.
Nazirlikdən Modern.az-abildirilib ki, ümumilikdə 9 iş üzrə 43500 manat məbləğində cərimə tətbiq edilib.Su ehtiyatları üzrə 2 akt və protokol tərtib olunub və 2 iş üzrə 18000 manat məbləğində cərimə tətbiq edilib.
Atmosfer havasının mühafizəsilə bağlı 3 akt tərtib olunub.
Yerin təkinin mühafizəsi sahəsində 3 akt və protokol tərtib olunub, 3 iş üzrə 6800 manat məbləğində cərimə tətbiq edilib.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 5 akt və protokol tərtib olunub və 3 iş üzrə 18000 manat məbləğində cərimə tətbiq edilib.
Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 3 akt tərtib olunub və 1 iş üzrə 700 manat məbləğində cərimə tətbiq edilib.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...