12 Dekabr 2017, 09:35 | Ana Səhifə - Yazılar - Sükut gecəsi
Sükut gecəsi

Məhsəti Şərif

Gecə idi... Türk kanallarından birində proqram izləyirdim. Birdən verilişdə keçən alt yazını oxudum. Bir neçə dəqiqə oxuduğuma inanmağa çalışırdım. Sonra elə o proqramda Heydər Əliyevin dünyasını dəyişdiyini dedilər... Əvvəl nə edəcəyimi bilmədim, amma bir şey etməliydim. Telefonu alıb xəbər müdirimizə zəng etdim. Bir az ürkək səslə dedim ki, xəbəriniz var yəqin. Çünki içimdə xəbəri yalanlayırdım. Azad Azərbaycan Televiziyasında işləyirdim. O vaxt xəbər müdirimiz İnqilab Məmmədov idi. Həyəcanlıydı danışanda. Bir kəlmə ilə “işə gəl” dedi. Mən hamını çağıracağını söylədi. İndi qaydaları bilmirəm, bizim dönəmdə jurnalistlər gecə mobil telefonlarını bağlaya bilməzdilər.

İşə yaxın olanlar 1 saat içində telekanala toplaşmışdılar. Şəhərə qarşı saat 4 idi ki mən də işə çatdım. Xəbər otağında hamı yazırdı. Artıq reportajlar hazırlanırdı. Otaqda qəribə həyəcan, həyəcan qədər də şükut vardı. Hamı sakit səslə danışırdı. Xəbər otağındakı o səs-küydən əsər-əlamət qalmamışdı.

Namiq Əliyev efirdəydi artıq. Şəhər 7 idi. Etibar Məmmədov Vüsalə Kərimovayla küçə reportajına çıxmışdı. Operatorlar şəhər gəldikləri üçün Etibar kameramanlıq edirdi, Vüsal müxbirlik. Sonra mən, Fəridə, Tünzalə, demək olar bütün kollektiv reportaja çıxdı. Hər şey yuxu kimiydi...

Şəhərin üstünə də şükut çökmüşdü. ANS-in ideyası oldu səhv etmirəmsə, Prezident Aparatının önünə güllər yagırdı. Hər kəs ora gəlməklə o Sarayda illərini vermiş liderinə vida edirdi. Mənə qəribə gələn bizim sakitliyimiz idi. Xəbər otağında səs-küyə alışmışdıq - redaktorlar Rüstəmin, İnqilabın, Etibarın bizi tələsdirməsinə, mübahisərə, hətta səslərin yüksəlməsinə öyrənmişdik. Amma o gün kimsə tətləsmirdi, hər kəsdə bir mülayimlik vardı. Məsələn, ailəndən biri dünyasını dəyişəndə hər kəs necə əlbir olur, daha humanist, daha duyğusal... Eynən o mənzərə vardı. 

O gecə biz evə qayıtmadıq. Gecə kanalda qaldıq. Sonra dəfn... Xalq liderini son mənzilə yola salırdı... O gün də sakitlik idi. Xiyabana qədər o qədər səssiz irəlilədik ki... Xatırlayırsız yəqin, yol boyu sadəcə, Heydər Əliyevin ruhuna oxunan duanın səsi gəlirdi... 

Şəhərə bir hüzn  çökmüşdü... Dəfndən sonra biz kanala geri döndük... Ümummilli liderin son mənzilə köçməsindən yazacaqdıq... Reportajı Fəridəylə mənə həvalə etmişdilər. Biz basqa zaman 10 dəqiqəyə bir reportajı bitirirdik. Amma Heydər Əliyevlə bağlı reportajı bir neçə saata çox çətinliklə yazdıq... Məncə çox uğurlu olmamışdı. Çünki o ab-havada, üstümüzə çökən hüznlə  ancaq o qədər yazdıq...

Vüsalə  efirdəydi... Titrək səslə Heydər Əliyevin ölüm şaatından danışırdı... Sonra ard-arda ümummilli liderin tarix yazan həyatından bəhs edən reportajlar... 

Heydər Əliyev fərqli lider idi... Onu sevən  də, sevməyən də üzgündü... Çünki tarix çox nadir hallarda onun kimi lider yetişdirir... Amma məncə Heydər Əliyev lider yetişməmişdi, o, lider doğulmuşdu... 

O jurnalistlər üçün də fərqli dövlət başçısıydı. Onunla işləyən jurnalistlər çox yaxşı bilir. Heydər Əliyevə dərdini də demək olurdu, şikayətin də... O, jurnalistlərə özəl olduqlarını hiss etdirirdi. Mətbuatla işləməyi sevirdi və çox gözəl bacarırdı. Biz dahi  insanın yoxluğunu çox hiss etdik və edirik.. Qürur və sayğıyla anırıq...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Robert Koçaryan ilk mitinqini təyin etdi 6 May 2021, 23:06 İki sərbəst güləşçimiz Olimpiya yarışında bürünc uğrunda yarışacaq 6 May 2021, 22:57 Buraxılış imtahanında maksimum bal toplayan yeganə şagird odur - FOTO 6 May 2021, 22:38 Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTO 6 May 2021, 22:14 Nazir canlı yayımda sualları cavablandıracaq 6 May 2021, 21:43 Avropa İttifaqı çevik hərbi qüvvələr yaradacaq 6 May 2021, 21:35 Erməni nazir: “Mən türk mallarının satışına qadağa söz verməmişəm” 6 May 2021, 21:26 “Neftçi” çempion oldu - FOTO 6 May 2021, 21:19 Rio-de-Janeyro metrosunda atışma - 25 nəfər öldü 6 May 2021, 21:11 Türkiyə konsulluğu 7 ildən sonra fəaliyyətini bərpa etdi   6 May 2021, 21:00 ABŞ Ukraynanın NATO üzvlüyünə dəstək verdi 6 May 2021, 20:47 Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı 6 May 2021, 20:38 Nazirlik çirkab suya görə “Azərsu” ASC-ni ittiham etdi 6 May 2021, 20:21 Samir Nuriyev iclas keçirdi - FOTO 6 May 2021, 20:07 Deputatdan evlənmək istəyənlərə şad xəbər - “Toylarla bağlı yeni standartlar yaranacaq” 6 May 2021, 20:00 Dövlət Agentliyi: Qazilərin protezlə təminatı üçün bütün tədbirlər görülür 6 May 2021, 19:52 Mustafa Cengiz namizədliyini geri götürdü 6 May 2021, 19:44 Saç tökülməsini dayandıran effektiv YOLLAR 6 May 2021, 19:37 Bu bankların əmanətçilərindən ərizə qəbulu başa çatdı 6 May 2021, 19:30 Məşhur restoranlar cərimələndi - SİYAHI 6 May 2021, 19:22 Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ÖLDÜ 6 May 2021, 19:15 Nazir AzTU-ya yeni prorektor təyin etdi - FOTO 6 May 2021, 19:08 Milli Məclisdə görüş - FOTO 6 May 2021, 19:01 Səfir: “Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” 6 May 2021, 18:54 ATƏT sədri Azərbaycanın erməni diversantlarını azad etməsini alqışladı 6 May 2021, 18:47 “Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq” - Paşinyan 6 May 2021, 18:40 “Twitter”in işində problem yarandı 6 May 2021, 18:27 Xarici diplomların tanınması üçün müraciət metodu sadələşdirildi 6 May 2021, 18:20 Gömrük Komitəsi bayram günləri də işləyəcək 6 May 2021, 18:14 Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI 6 May 2021, 18:07 Qətərin maliyyə naziri həbs olundu 6 May 2021, 18:00 Məktəblərin çağırışaqədərki hazırlıq rəhbərləri ilə müzakirə aparıldı 6 May 2021, 17:54 Dolların sabaha olan məzənnəsi 6 May 2021, 17:48 Saakaşvili seçkilərdə iştirak üçün Gürcüstana qayıdacaq 6 May 2021, 17:42 Bakının mərkəzi küçələrinin birində hərəkət məhdudlaşdırılacaq 6 May 2021, 17:36