24 Yanvar 2018, 13:38 | Ana Səhifə - Yazılar - Pəhləvanlar
Pəhləvanlar

Hidayət Elvüsal


Uşaq vaxtı pəhləvanlara çox inanırdıq. Həm də onlara bənzəməyə çalışırdıq. Bir pəhləvanın çıxışına baxandan sonra, biz də nəsə qaldırmağa çalışırdıq. Bəzən qaldırdıq da. Amma başımızı-gözümüzü də əzdiyimiz vaxtlar olurdu. Bir də görürdün iri bir odun kötüyünü saxlaya bilmirdik və təpəmizə dəyəndə, çığırtımıza qonum-qonşu yığılıb gəlirdi. Üz-gözümüzün qanını görən xalamızın ürəyi gedirdi.

Elə bilirdik ki, pəhləvan hər şeyi bacarar. Məsələn uşaqlardan biri:

- Bax, çayın bu tayından o tayına kim tullana bilər? - deyib soruşanda başqa birisi o saat cavab verirdi:

- Pəhləvan!

Ya da gözümüzə zurnadan-balabandan dəyəndə:

- Kim zurnanı yaxşı çala bilər?

- Pəhləvan! - deyərdik.

- Kim balabanda yanıqlı hava… sözümüzü kəsərdilər:

- Pəhləvan!

Hə! Belə idi. Əlbəttə, pəhləvanın zurnaçı olmadığını böyüyəndə bildik. Amma pəhləvanlıq həvəsi heç vaxt bizi tərk etmədi. O pəhləvanları yavaş-yavaş söz pəhləvanları əvəz eləyirdi:

- Ə, sən öl, mənə qiymət verən yoxdur. Neçə düşmən öldürdüm, neçə qulaq kəsdim. Qədrimi bilmədilər.

- Harda öldürdün, harda kəsdin?

- Odeyy… Qarabağda.

- Qarabağın harasında?

- O, nədi oranın adı? Ə, o Volskiydi, nəydi, o da oradaydı. Nədi oranın adı? Hə, yadıma düşdü. Masazırda!

- Masazır Qarabağdadı?

- Bə hardadı?

- Budey burda, Sumqayıt yolunun üstündə.

- Mən ölüm?

- Sən öl!

- Bıy həə, indi yadıma düşdü. Məni Volski döymüşdü axı. Kantujnu olmuşam da. Bilirsən, o Şuşadan bir az bəri yer var haa… Bar, orda yaralanmışam. Yoldaşım da orda yaralanıb.

- Yoldaşın da vuruşurdu?

- Yox! Mənə dolma gətirmişdi.

- Hara gətirmişdi?

- Ə, o Şuşadan bir az bəridə Masallı yoxdu, bax ora.

Təəccüblənməyin. Müharibədən sonra o qədər belə pəhləvanlar peyda olub ki, səhərdən axşama qədər meydan sulayırlar. Eləsi var ki, velosipetdən yıxılıb, ayağını sındırıb, deyir üstümdən tank keçib. Və inananlar da var. Tək bircə şahid yoxdur ki, belələrini Qarabağda görmüş olsun. Amma… Qarabağı heç xəritədə göstərə bilməyən qəhrəmanlıqdan danışır.

Bu pəhləvanlar o pəhləvanlardan deyil. Bunların gücü dillərindədir. Və bu qollar o qədər güclüdür ki, əsl qəhrəmanlar da bəzən bunlara söz çatdıra bilmir. Pəhləvanın güclü qolları ilə qaldıra bilmədiklərini, bunlar beş-on qramlıq dilləri ilə havada oynadırlar.

Hələ o gün başqa bir pəhləvandan danışırdılar. Özü də televiziyada. Yox, bizdə yox, o biri ölkənin televiziyasında. Yenə pəhləvanlardan söz gedirdi. Biri sual verdi:

- Elə bir pəhləvan ölkə varmı okeanın o tayından bu tayına tullanıb, başqa bir ölkəni yerlə-yeksan eləsin?

Ən ağıllı palitoloqlardan biri xeyli fikrə getdi. Sonra müdrik görkəm alıb, ağır-ağır dilləndi:

- Var!

- Hansı ölkədir?

- Amerika Birləşmiş Ştatları. Okeanın o tayından bu tayına tullanıb. Əfqanıstanda, İraqda, Yəməndə, Liviyada…

Görünür uşaq vaxtı düz fikirləşmişik. Pəhləvan nəinki çayın bu tayından o tayına, hətta okeanın o üzündən bu üzünə tullana bilər və tullanır.

Və adam pəhləvanlara heyrətlə baxır - biri əli ilə, biri dili ilə, o biri bombaları, tankları ilə…

Olsun! Biz də yavaş-yavaş əzələ yığırıq. Günlərin birində arxamızca hürənlərin arxasını yerə vuracağıq. Onda görəcəklər pəhləvan kimdir!

Daha tərəfkeş hakimlər də olmayacaq. O hakimlər ki, bizə badalaq vurub, tülküləri pəhləvan kimi göstəriblər.

 

 

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Mehriban Əliyeva Şuşa səfərindən paylaşım etdi - VİDEO 12 May 2021, 11:23 Azərbaycanlılar İsrail-Fələstin münaqişəsində hansı mövqedə olmalı, kimin tərəfində durmalıdır?.. 12 May 2021, 11:12 Rusiyadan “Laçın dəhlizi” ilə bağlı AÇIQLAMA 12 May 2021, 11:00 İcra başçısı Şəhid ailələri və ağsaqqaları dinlədi 12 May 2021, 10:33 Şuşada Ramazan bayramının namazı canlı YAYIMLANACAQ 12 May 2021, 10:31 Mağazadan qızıl oğurlayan əmioğlular saxlanılıb 12 May 2021, 10:28 Dünyanın ən yaşlı aktyoru vəfat edib 12 May 2021, 10:22 Heydər Əliyev prospektində yol qəzası... 12 May 2021, 09:49 Azad olunmuş ərazilərə keçmək istəyən 9 nəfər saxlanıldı 12 May 2021, 09:47 Bu gün Şuşada “Xarı bülbül” festivalı BAŞLAYIR 12 May 2021, 09:28 Tanınmış ictimai xadimlər və jurnalistlər Şuşaya GETDİLƏR 12 May 2021, 09:21 Amerikalı hüquqşünas hay kilsəsinin həyasızlığı barədə… 12 May 2021, 08:58 Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR... 12 May 2021, 08:33 Qazax Müəllimlər Seminariyası bərpa edilib 12 May 2021, 08:30 Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist - Azər Mirzəyevin SON GÜNÜ 12 May 2021, 08:26 İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib 12 May 2021, 08:18 Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat edib 12 May 2021, 04:30 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19 Çempionlar Liqasının finalı İstanbuldan Portuya veriləcək? 12 May 2021, 00:05 “Beşiktaş”la “Fənərbaxça” büdrədi - “Qalatasaray”  sevindi 11 May 2021, 23:51 Azərbaycanlı güləşçi Tokio-2020-də Ukraynanı təmsil edəcək 11 May 2021, 23:36 İsrail Qəzzaya eyni anda 80 qırıcıdan zərbə endirdi 11 May 2021, 23:20 "Mançester Siti" vaxtından əvvəl çempion oldu 11 May 2021, 23:08 HƏMAS Tel-Əvivə 130 raket atdığını açıqladı 11 May 2021, 22:55 Mark Zukerberq keçilərinə ad verdi - FOTO 11 May 2021, 22:44