27Yanvar | Ana Səhifə - Yazılar - Şayiə yerindəcə boğulmalıdır
Şayiə yerindəcə boğulmalıdır

Mülatif Adurov
veteran jurnalist

Bu olmasa baş alıb gedəcək 

Bu günlərrdə saytlarda yayılmış bir xəbərə Təhsil və Daxili İşlər nazirliklərindən operativ münasibət bildirildi.  Bakıdakı 23 saylı məktəbdən dərsdən çıxan şagirdlərə işərisində narkotik maddə olan konfetlər paylanması barədə xəbər yerindəcə aydınlaşdırıldı və faktlar təsdiq olunmadı. Aydındır ki, bu, təxribat xarakterli şayiə idi. Amma bunun hansı məqsədlə yayıldığına səy göstərənlərin nə isə bir məqsədi varmış və buna biganə qalmaq acı nəticələr də verə bilərdi.


Əvvəla, inanılası deyildi ki şagirdlərə konfet “paylanılıb”. Şagirdlər bağça uşaqları deyillər ki, pulsuz “paylanan” konfetlərə şirniklənsinlər. Digər tərəfdən isə narkotik maddəni konfetlərin içinə doldurub “yalayan” gicbəsərlər çətin ki, ola. Hər-halda gərgin zəhmət bahasına (daxili işlər orqanları Qazaxıstanın hansısa şəhərində məktəblərdə baş verən belə bir “xeyirxahlığın” da izinə düşdülər və orada da bunun şayiə olduğunu müəyyənləşdirdilər) faktlar aydınlaşdırıldı və qəti bildirildi ki, bu, şayiədir. 

Nazirliklərin bu reaksiyası təqdir olunmalıdır. Bunun qarşısı alınmasaydı “hədiyyələrin” həcmi də, dəyəri də artacaqdı və neçə-neçə ailə həyacan yaşayacaqdı.

Xeyli bundan əvvəl belə bir xəbər yayıldı ki, Bakıdakı 30 saylı məktəbdən filmə çəkilmək üçün dörd qız aparılıb, onlardan səs-soraq yoxdur. Buna bənzər hadisənin Şamaxıda da baş verdiyi (bu dəfə yeddi qız) xəbəri narahatlıq yaratdı. Çox valideyin qızlarını həftələrlə dərsə buraxmadı.  Gəncədən verilən bir xəbərdən sonra jurnalist marağı məni məktəblərə getməyə, faktları dəqiqləşdirməyə sövq etdi.

“Bizim məktəbdən bir şagird belə yoxa çıxmayıb” - təhsil ocağının direktoru Siddiqə Kazımova qətiyyətlə cavab verdi. Eynu məzmunlu cavabı Şamaxı və Gəncədən də aldım  və təbii ki, bu barədə mətbuatda məqalə yazdım. Gəncədən belə bir oxucu məəktubu gəldi:

- Nə yaxşı ki, bu barədə məqalə yazdınız. İtən qızların sayı Gəncəyə çatanda on bir olmuşdu, Qazağa, Tbilisiyə çatanda yaqin ki, otuzu keçəcəkdi.

Məqsədsiz şayiə yayılmır. Kimsə gecələr evində gözəgörünməz adam gəzdiyini, divarlara dəm çaynikindən su səpdiyini, bir başqası həyətindəki bulağın qarşısına müxtəlif hədiyyələr qoyulduğunu bildirməklə həmin məkanları kütləvi dini ziyarətgaha çevirərək, nəzir yığmaq istəyini həyata keçirməyə cəhd göstərirdi. Tənqidi yazılar belə cəhdləri puç edirdi, həmin şəxslər vaxtında ictimai tənbehlə qarşılanırdı.

Bu, həmişə belə olmalıdır!

P.S. Şayiə üzündən Moskva sakinlərinin gecəsi-gündüzü yoxdur.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Güləş Federasiyasının prezidenti vəfat etdi 1 İyun 2020, 00:57 16 yaşlı velosipedçi yol qəzasının qurbanı oldu 1 İyun 2020, 00:49 Deputatdan hökumətə ünvanlı sosial yardım çağırışı - VİDEO 1 İyun 2020, 00:40 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu başlanılır 1 İyun 2020, 00:34 Mehriban Əliyeva uşaqları belə təbrik etdi - FOTO 1 İyun 2020, 00:23 Uşaqların Beynəlxalq Müdafiəsi günüdür 1 İyun 2020, 00:14 Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır 1 İyun 2020, 00:04 Bakıda naməlum şəxslər ər-arvadı döydülər 31 May 2020, 23:54 Rusiyadan ABŞ-a etiraz 31 May 2020, 23:46 Komendant saatının vaxtı uzadıldı 31 May 2020, 23:35 Tovuzda 25 yaşlı gənc intihar etdi 31 May 2020, 23:21 Bu şirkət 774 min avtomobili geri çağırır 31 May 2020, 23:03 Tramp G7 sammiti iştirakçılarının sayını artırır 31 May 2020, 22:47 Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından keçib 31 May 2020, 22:33 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 31 May 2020, 22:16 Türkiyədə COVİD-19 qurbanlarının sayı 4 540 nəfərə çatıb 31 May 2020, 21:59 Ağstafada ağır qəza: 2 yaralı var 31 May 2020, 21:45 Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü 31 May 2020, 21:36 Avropada rəqəmsal avro sınaqdan keçirildi 31 May 2020, 21:24 OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək 31 May 2020, 21:10 Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı 31 May 2020, 20:58 "Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yarandı 31 May 2020, 20:47 Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO 31 May 2020, 20:38 Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi 31 May 2020, 20:34 Çin orbitə iki peyk buraxdı 31 May 2020, 20:28 Vaxtı keçmiş kreditlərin məbləği açıqlandı 31 May 2020, 20:25 Göygöldə “KamAZ”  qoyun sürüsünə çırpıldı 31 May 2020, 20:19 Misir ordusu Şimali Sinayda daha 19 terrorçunu məhv etdi 31 May 2020, 20:18 Xorvatiya 10 ölkənin vətəndaşları üçün sərhədlərini açdı   31 May 2020, 20:18 Səudiyyə Ərəbistanında 90 min məscid ibadətə açıldı 31 May 2020, 20:14 "Honda" 774 min avtomobili nasazlığa görə geri çağırır   31 May 2020, 20:05 Rusiyalı məşqçi koronavirusdan öldü 31 May 2020, 20:02 Əhalinin banklardakı əmanətləri azaldı - Mərkəzi Bank 31 May 2020, 19:58 Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı 31 May 2020, 19:51 Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq 31 May 2020, 19:47