Modern.az

Məscid yaxınlığında terror: 31 nəfər öldü, 16-sı polisdir

Məscid yaxınlığında terror: 31 nəfər öldü, 16-sı polisdir

Hadisə

19 Sentyabr 2026, 09:24

Pakistanın şimal-qərbindəki Kohat şəhərində məscidin yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə “Agence France-Presse” hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, ölənlər arasında 16 polis əməkdaşı var. Hücum nəticəsində 100-dən çox insan yaralanıb.

Bildirilir ki, atışma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları altı hücumçunu zərərsizləşdiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol!