Modern.az

“Brent” neftin qiyməti 103 dollara düşdü

“Brent” neftin qiyməti 103 dollara düşdü

İqtisadiyyat

Bu gün, 09:05

Neftin qiyməti yenidən aşağı düşüb.

Modern.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,95 dollar və ya 0,91% azalaraq 1 barel üçün 103,87 dollar təşkil edib.

“WTI” markalı neftin oktyabr fyuçersləri isə 1,61 dollar və ya 1,58% ucuzlaşaraq 100,30 dollara düşüb.

Bazar iştirakçıları Yaxın Şərqdə neft tədarükü ilə bağlı narahatlıqların müəyyən qədər səngiməsini və əvvəlki kəskin bahalaşmadan sonra investorların mənfəət götürməsini qiymətlərə təsir edən əsas amillərdən hesab edirlər.

Bununla yanaşı, Hörmüz boğazından neft daşımalarının hələ də məhdud qalması qiymətlərin yüksək səviyyədə saxlanmasına təsir göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?