Modern.az

AVCİYA beynəlxalq konfrans keçirəcək

AVCİYA beynəlxalq konfrans keçirəcək

17 Sentyabr 2009, 13:37

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Fransanın «Avrasiya - Yeni Üfüqlər» təşkilatının təşkilatçılığı sabah Bakıda Hyatt Recensi otelində «Yeni geosiyasi reallıqlar prizmasından Xəzər dənizi regionunda təhlükəsizlik və stabillik» mövzusunda beynəlxalq konfrans keçiriləcək. AVCİYA-dan Modern.az-a verilən məlumata görə, konfrans yeril biznes strukturlarının - «Xəzər XXI əsr» və «Azbol» şirkətinin maliyyə dəstəyilə həyata keçiriləcək. Tədbirin keçirilməsində məqsəd regiondakı vəziyyəti xarci nümayəndələrlə müzakirə etmək və müəyyən fikrə gədməkdir. Qeyd edək ki, konfransda Prezidentin İcra Aparatının rəsmisi, Fransa Milli Assambleyasının deputatı, Avropa Parlamentində və ATƏT-nin Parlament Assambleyasında Fransa nümayəndə heyətinin sədr müavini, Fransanın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi, digər xarici qonaqlar iştirak edəcək.

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...