Modern.az

Arayik Arutyunyanla bağlı qərar verildi

Arayik Arutyunyanla bağlı qərar verildi

Dünya

4 İyul 2026, 10:13

Ermənistanın ABŞ-dakı keçmiş səfiri, baş nazir Nikol Paşinyanın baş müşaviri Lilit Makuntsun Baş nazir Aparatının rəhbəri vəzifəsinə gətiriləcəyi iddia olunur.

Modern.az xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hazırkı Aparat rəhbəri Araik Arutyunyanın 1-24 iyul tarixlərində məzuniyyətə çıxması hökumət dairələrində gözlənilən kadr dəyişiklikləri ilə əlaqələndirilir.

Nəşr yazır ki, Arutyunyanın təyin etdiyi bir sıra məmurlar da məzuniyyətə göndərilib, digərləri isə mümkün kadr qərarlarını gözləyirlər.

Qeyd olunub ki, Lilit Makuntsun Baş nazir Aparatına rəhbərlik edəcəyi barədə məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakı Moskvanın dərsini verdi: Rusiya səfiri TƏCİLİ XİN-ə çağırıldı