Modern.az

Kolumbiya Qananı məğlub etdi - 1/8 finala yüksəldi

Kolumbiya Qananı məğlub etdi - 1/8 finala yüksəldi

İdman

4 İyul 2026, 09:15

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.

Modern.az xəbər verir ki, Kolumbiya millisi Qana yığması ilə üz-üzə gəlib. Kanzas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0. 14-cü dəqiqədə Con Arias fərqlənib. Bu nəticənin ardından 1/16 final mərhələsinin oyunlarına yekun vurulub.

1/8 finala yüksəlməyi bacaran Kolumbiyanın rəqibi İsveçrə olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakı Moskvanın dərsini verdi: Rusiya səfiri TƏCİLİ XİN-ə çağırıldı