Modern.az

Qlobal istiləşmə dünyanı ölümlə hədələyir

Qlobal istiləşmə dünyanı ölümlə hədələyir

18 Sentyabr 2009, 09:59

Alimlər qlobal istiləşmənin təhlükəsi barədə həyəcan təbili çalırlar. Əgər varlı ölkələr qlobal istiləşmə ilə mübarizədə yoxsullara vəsait ayırmasalar, ən azı 4,5 milyon uşaq ölə bilər. Böyük Britaniyanın "Oxfam" Xeyriyyə Cəmiyyətinin bəyanatında belə xəbərdarlıq edilib.
Məruzədə deyilir ki, təşkilat sənaye cəhətdən inkişaf etmiş ölkələrin iqlim dəyişiklikləri ilə mübarizədə yoxsul ölkələrə iqtisadi inkişaf və yardım məqsədilə fondlardan ayrılmış vəsaitdən istifadə edəcəklərindən narahatdır.
Dünya liderləri qlobal istiləşməyə səbəb olan havaya atılan istixana qazlarının miqdarının azaldılması barədə yeni saziş üzrə danışıqlar aparmaq məqsədilə bu ilin dekabrında Danimarkanın paytaxtı Kopenhagenə toplaşacaqlar.
Dekabrın 7-dən 18-dək keçiriləcək forumda müzakirə olunacaq əsas məsələlər yoxsul ölkələr üçün ekoloji istiqamətli iqtisadiyyatın işlənib hazırlanması və qlobal istiləşmənin nəticələrinə uyğunlaşmaqda kömək göstərilməsidir.
"Oxfam"ın məruzəsində xəbərdarlıq edilir ki, həmin vəsaitlər iqlim dəyişiklikləri ilə mübarizə sahəsinə yönəldilsə, məktəblərə lazım olduğundan 75 milyon az uşaq gedəcək, 8,6 milyon az insan isə QİÇS-dən müalicə olunmaq imkanına malik olacaq. Məruzə Danimarkanın paytaxtındakı müşavirəyə hazırlıq məqsədi daşıyan sentyabrın 22-də Nyu-Yorkda keçiriləcək zirvə toplantısı ərəfəsində təqdim edilib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...