Cənub-şərqi Londondan olan həvəskar komanda “Se Dons”un qapıçısı və kapitanı, 36 yaşlı Corc Desmond Kamurasi Uqandadakı Tooro xalqının yeni kralı seçilib.
Modern.az xəbər verir ki, karyerası ərzində Kamuraşi İngiltərənin yarı-peşəkar və həvəskar klubları olan “Herne Bay”, “Kroydon” və “Aşford Yunayted”də oynayıb. Hazırda o, İngiltərənin doqquzuncu liqasında çıxış edən “Sea Dons”da oynayır.
“The Telegraph” qəzetinin məlumatına görə, Kamurasi 27 avqustda xərçəng müalicəsindən sonra vəfat edən əmisi oğlu Oyo Nyimba Kabamba İquru Rukidi IV-dən sonra hakimiyyətə gəlib. O, krallığa cəmi üç yaşında ikən, 1995-ci ildən rəhbərlik edirdi.
21 nəfərdən ibarət Kral İrs Komitəsi Kamuraşi yeni omukama – Tooro Kralı seçib. Rəsmi açıqlama gələn həftə gözlənilir.
Yeni statusuna baxmayaraq, Kamurasi futbolçu karyerasını davam etdirir. O, bu yaxınlarda “Se Dons” komandasının FA Kubokunda uğurlu debüt etməsinə və ikinci təsnifat mərhələsinə yüksəlməsinə kömək edib. Onun komandası “Erith Toun”u 2-0 hesabı ilə məğlub edib.
“Dons” klubunun futbolçusu olan Kamurasi taxt-tacın əsas namizədi hesab olunur.
Lakin burada bir məqam var – onun həyat yoldaşı və övladı var. Adətlərə görə isə hökmdarın zadəgan nəslindən olan həyat yoldaşı olmalıdır. Hazırda Kamurasinin namizədliyi hakim Babito klanı və kral ailəsinin komitəsi tərəfindən müzakirə edilir.
Yeri gəlmişkən, Corc təhsilinə görə əczaçıdır. O, maliyyə və menecment sahələrindən də anlayışlıdır.
Tooro Krallığı Uqandanın qərbində yerləşir və ölkənin dörd ənənəvi krallığından biridir. Omukamanın mövqeyi siyasi deyil, əsasən mədəni əhəmiyyət kəsb edir.