Modern.az

Gömrükdən keçirilən malların və avtomobillərin bəyan qaydası dəyişib

Gömrükdən keçirilən malların və avtomobillərin bəyan qaydası dəyişib

İqtisadiyyat

Bu gün, 19:30

Nazirlər Kabineti “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edib.

Modern.az xəbər verir ki, qərara əsasən, “Qırmızı kanal” buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, onların kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi üçün nəzərdə tutulacaq.

Fiziki şəxslər tərəfindən əl yükündə və (və ya) müşayiət olunan baqajda istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, lakin yazılı formada bəyan edilməli olan mallar keçirildikdə gömrük orqanlarına bu Qaydaların 10 nömrəli əlavəsində göstərilmiş formada sadələşdirilmiş bəyannamə təqdim edəcəklər.

Müşayiət olunmayan baqajda (Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri istisna olmaqla) keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara dair gömrük orqanlarına bu Qaydaların 12 nömrəli əlavəsində göstərilmiş formada sadələşdirilmiş bəyannamə təqdim olunacaq.

Dəyişikliklərlə əlaqədar 10 və 12 nömrəli əlavələr yeni redaksiyada təsdiqlənib.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qərara əsasən, “Qırmızı kanal” buraxılış sistemi bu Qaydaların 10 nömrəli əlavəsində göstərilmiş formada mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, onların kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi üçün nəzərdə tutulur. Fiziki şəxslər kağız üzərində yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən “Qırmızı kanal” sistemi tətbiq olunmaqla, onlara dair sadələşdirilmiş bəyannamə verməklə keçirirlər.

 

“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na

10 nömrəli əlavə

 

 

Fiziki şəxslər tərəfindən gömrük orqanına təqdim edilən əl yükündə və (və ya) müşayiət olunan baqajda keçirilən mallara dair sadələşdirilmiş bəyannamə

 

Sorğu nömrəsi:

 

Bəyannamə yetkinlik yaşına çatmış şəxs tərəfindən doldurulur. Müvafiq cavab uyğun damada "X" ilə işarə olunur.

 

1.

Şəxsə dair məlumatlar

2.

Bəyan olunan mallar

 

1.1.

Adı

 

 

2.1.

Müəyyən edilmiş hədlərdən artıq keçirilən mallar *

 

bəli ☐ xeyr ☐

 

1.2.

Soyadı

 

 

2.2.

Müəyyən edilmiş hədlərdən artıq müvəqqəti keçirilən mallar *

bəli ☐ xeyr ☐

 

1.3.

Atasının adı

 

 

2.3.

Müəyyən edilmiş hədlərdən artıq qiymətli metallar və qiymətli daşlar *

 

bəli ☐ xeyr ☐

 

1.4.

 

 

 

Şəxsiyyəti təsdiq edən sənədin

 

 

 

 

 

 

 

 

nömrəsi

2.4.

10 000 (on min) ABŞ dolları ekvivalentindən artıq xarici valyuta və qiymətli kağızlar

bəli ☐ xeyr ☐

 

1.5.

Vətəndaşlığı

 

 

 

1.6.

 

Gəldiyi və ya getdiyi ölkə

 

 

2.5.

20 000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə

olunmuş qiymətli kağızlar

 

bəli ☐ xeyr ☐

 

 

 

 

1.7.

Məlumatlar yetkinlik yaşına çatan şəxsə aiddir

 

bəli ☐

 

xeyr ☐

 

2.6.

Nominal məbləğindən asılı olmayaraq milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanları

 

bəli ☐ xeyr ☐

 

Yetkinlik yaşına çatmayan şəxsə dair malları bəyan edən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin nömrəsi

 

 

2.7.

Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar, dini məzmunlu başqa məlumat materialları

 

bəli ☐ xeyr ☐

 

Giriş ☐ Çıxış ☐

2.8.

Xidməti və mülki silah, həmçinin onun döyüş sursatları

bəli ☐ xeyr ☐

 

 

 

2.9.

Kökünün kəsilmə təhlükəsi olan vəhşi fauna

bəli ☐ xeyr ☐

 

 

 

və yabanı flora növləri

 

 

Avtonəqliyyat ☐ Hava ☐

 

2.10.

Gömrük lisenziya,

sərhədindən keçirilməsinə görə icazə sənədi tələb olunan digər

 

bəli ☐ xeyr ☐

 

 

 

 

mallar

 

 

 

Keçirilmə xüsusiyyəti

Dəmir yolu ☐ Dəniz ☐

 

 

 

 

 

 

 

2.11.

Ölkə ərazisinə gətirilən mobil cihaz

bəli ☐ xeyr ☐

 

 

Piyada ☐

 

 

 

 

 

 

 

2.12.

 

Avtonəqliyyat vasitələri

bəli ☐ xeyr ☐

tranzit ☐

 

 

Sıra

№-si

 

Bənd üzrə

 

Mallar (valyutanın növü) barədə məlumat

 

Ölçü vahidi

 

 

Ümumi miqdarı

Qanunvericiliklə tələb olunan hallarda lisenziya, icazə sənədinə dair məlumatlar

 

Müvəqqəti qalma müddəti **

 

 

Malın gömrük dəyəri ***

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ümumi gömrük dəyəri

 

 

3. Bəyannamədə qeyd olunan məlumatların düzgünlüyünə və tamlığına görə cavabdehlik daşıyıram.

 

  20 il Bəyan edən şəxsin imzası

 

Gömrük əməkdaşının xidməti qeydi

M.Y.

 

 

 

 

 

 

(imza)

 

* 2.1-ci, 2.2-ci və 2.3-cü bəndlərdə qeyd olunan hədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndi ilə müəyyən olunur.

** Mallar gömrük ərazisinə müvəqqəti gətirildikdə və ya gömrük ərazisindən müvəqqəti aparıldıqda, onların müvəqqəti qalma müddəti göstərilir.

*** Gömrük dəyəri dedikdə, malların Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 302-ci maddəsinə uyğun olaraq bəyan edilən dəyəri nəzərdə tutulur.

 
                               

 

 

“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na

 

12 nömrəli əlavə

 

Müşayiət olunmayan baqajda keçirilən mallara dair gömrük orqanına təqdim edilən sadələşdirilmiş bəyannamə

 

1. Nəqliyyat sənədi üzrə məlumatlar

2. Ümumi məlumatlar

 

1.1. Göndərən

 

1.2. Alan

1.3. Nəqliyyat sənədinin nömrəsi

1.4. Göndərən ölkə

2.1.

Bəyannamənin tipi

2.2.

Bəyannamənin sorğu nömrəsi

2.3.

Bəyannamənin tarixi

2.4. Bəyannaməçi barədə məlumatlar

2.5. Malların yerləşdiyi yer

 

 

 

 

 

 

 

 

 

 

3. Qaiməyə dair məlumatlar*

4. Mal haqqında məlumatlar*

 

 

 

 

3.1. Fərdi göndərən

3.2. Fərdi alan

 

 

3.3.

Əməliyyatın növü

 

 

3.4.

Qaimənin nömrəsi

 

 

3.5.

Göndərən ölkə (mal üzrə)

 

 

 

4.1. Malın sıra №-si

 

 

 

4.2. Malın adı

 

 

 

4.3. XİF MN

üzrə kodu

 

 

 

4.4.

Sayı

 

 

 

4.5. Çəki

(kq)

 

4.6. Gömrük dəyəri**

 

 

3.2.1.

adı, soyadı

3.2.2.

şəxsiyyəti təsdiq edən

sənədin nömrəsi

 

4.6.1.

invoys dəyəri və valyuta

4.6.2.

nəqliyyat xərci və valyuta

 

 

 

 

 

 

...

 

 

 

 

 

 

 

...

 

 

 

 

 

 

 

Qaimə üzrə cəmi

 

 

 

 

 

 

 

 

...

 

 

 

 

 

 

 

...

 

 

 

 

 

 

 

 

Qaimə üzrə cəmi

 

 

 

 

Bəyannamə üzrə cəmi

 

 

 

 

5. Gömrük ödənişlərinin hesablanması

5.1. Malın sıra №-si

5.2. Malın adı

5.3. Ödənişin növü

5.4. Hesablama bazası

5.5. Ödənişin dərəcəsi

5.6. Məbləğ

...

 

 

 

 

 

...

 

 

 

 

 

2

 

 

* Müşayiət olunmayan baqajda keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar fiziki şəxsin özü tərəfindən bəyan edildikdə bu bəyannamə formasının yalnız 3-cü və 4-cü (3.4-cü, 4.3-cü, 4.5-ci bəndlər və 4.6.2-ci yarımbənd istisna olmaqla) hissələrində nəzərdə tutulan məlumatlar fiziki şəxs tərəfindən daxil edilir.

** Gömrük dəyəri dedikdə, malların Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 302-ci maddəsinə uyğun olaraq bəyan edilən dəyəri nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!